Keçəllik tarixə qovuşur: Artıq laboratoriyada saç yetişdiriləcək
Yaponiya alimləri saçları laboratoriya şəraitində inkişaf etdirməyə nail olublar.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Yokohama Milli Universitetinin alimləri siçanların embrion dəri hüceyrələrindən saç folekullarını inkişaf etdirə biliblər.
Elm adamları epiteli və mezenximal adlı iki hüceyrə tipinə nəzarətlə bu kəşfi həyata keçiriblər.
Qeyd edək ki, epiteli hüceyrələri bədəndə, dəridə, damarlarda və orqanlarda olur. Mezenximal hüceyrələr sümük iliyində olur və skelet toxumalarının sağalması üçün kritik əhəmiyyətə malikdir.
Kök hüceyrənin siçana köçürülməsindən qısa müddət sonra çoxlu sayda saç folekulu əmələ gəlib. Bu transplantasiya effektini 100 faiz göstərib .
Alimlər saçın təxminən 23 gündə 3 millimetrə çatdığını da bildiriblər.
Əlavə edək ki, təcrübə hələ insanlar üzərində sınaqdan keçirilməyib.
Milli.Az / news.milli.az









Xiyarın möcüzəvi faydaları
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər