Keçəlliyin çarəsi kal pomidor imiş

Keçəlliyin çarəsi kal pomidor imişKeçəllik bir çox səbəbə görə baş verə bilən problemlərdəndir. Əsasən kişilərdə yaransa da, bəzi hallarda qadınlarda da müşahidə olunan keçəlliklə mübarizənin bir çox üsulu var.
Mütəxəssislər bildirirlər ki, keçəllik və saç tökülməsi ilə mübarizədə təbii üsullara üstünlük verənlər kal pomidoru sınaqdan keçirə bilərlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, yaşıl pomidor adətən turşu kimi istehlak edilir. Lakin bir çox ölkədə yaşıl pomidorun istifadə sahəsi daha genişdir.
Yaşıl pomidorun faydaları nələrdir?
* Lif baxımından olduqca zəngindir və yağların daha tez udulmasına imkan verir. Nəticədə qəbizlik və qaz problemlərini aradan qaldırır.
* Güclü C vitamini mənbəyidir. Bədəni soyuqdəyməyə qarşı qoruyur.
* Bədəndəki yad maddələri təmizləyir.
* Qırmızı qan hüceyrələrinin istehsalını sürətləndirir.
* A vitamini ilə zəngindir.
* Katarakt riskini azaldır.
* Liflə zəngin olduğu üçün çəkiyə nəzarəti asanlaşdırır.
* Əsrlər boyu qabığı dərman preparatlarında istifadə edilən yaşıl pomidorun dəri və dəri xəstəliklərinə də yaxşı təsir etdiyi bilinir. Bu məhsul deformasiyaya uğramış hüceyrələrin yenilənməsində effektlidir.
* Kalorisi çox azdır, buna baxmayaraq, tox saxlayır.
Salatlara 2 ədəd yaşıl pomidor əlavə etməklə onun bütün faydalarından yararlana bilərsiniz. Bu cür salat sizi axşama qədər tox saxlayacaq.
Yaşıl pomidorların qabıqları əsrlər əvvəl müalicəvi məqsədlərlə istifadə edilib. Faydalarından ən diqqət çəkəni isə saç tökülməsinə qarşı mübarizə aparmasıdır. Saç tökülməsi ilə yanaşı kəpək problemini də aradan qaldırır.
Kal pomidorun qabıqlarını qaynadıb vanna qəbul edərkən son durulama kimi istifadə etdikdə saç köklərini gücləndirir və saç tökülməsinin qarşısını alır.
Bu su güclü antiseptik xüsusiyyətə malikdir və qulaq ağrısı üçün də istifadə edilə bilər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1539   Tarix: 14 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari