Keçmiş diktatordan ŞOK ADDIM - Əlində Quran, amma təyyarəsində... - FOTO
Qambiyanın hakimiyyətdə qalmaq üçün hər cür yola əl atan sabiq lideri Yahya Jammehin ölkəsindən getdikdən sonra büdcədə 11 milyon dollardan çox əskik olduğu məlum olub.
Qadınsaytı.az Milli.Az-a istinadən xəbər verir ki, ölkənin yeni prezidenti Adama Barrovun məsləhətçisi Ahmad Fatti mütəxəssislərinin tam maliyyə "itkisini" qiymətləndirməyə çalışdıqlarını açıqlayıb.
Seneqalın paytaxtı Dakardada jurnalistlərə açıqlama verən Fatti Qambiyanın maliyyə vəziyyətinin çətin olduğunu söyləyib.
Fatti "Büdcə az qala boşaldılıb. Bu, Maliyyə Nazirliyi və Qambiya Mərkəzi Bankı səlahiyyətliləri tərəfindən təsdiq edildi" deyib.
Fattinin iddiasına görə, Yammeh son iki həftə ərzində 11 milyon dollardan çox pul oğurlayıb. Ancaq Fattinin bu iddiası hələ müstəqil qaynaqlar tərəfindən təsdiqlənməyib.
Jammehin ölkədən getdiyi gecə Çada aid bir yük təyyarəsinə lüks avtomobillərin və başqa materialların yükləndiyi görünüb. Keçmiş prezident təyyarəyə minərkən dövlətin sərvətini talamasını əlində Quran kitabını tutmaqla pərdələməyə çalışıb.
Jammeh şənbə günü 22 illik hakimiyyətindən sonra sürgünə getmək məcburiyyətində qalıb. Jammeh seçki nəticələrini rədd etsə də, bölgə liderlərinin aranı qatması və hərbi müdaxilə təhdidindən sonra ölkəni tərk edib.
Yeni prezident Barrovun hələ də Seneqalda olduğu və Qambiyaya nə zaman dönəcəyi dəqiqləşməyib.












Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri