Kənan M.M-dən Tunaya sərt sözlər: Pərvinlə bağlı "1000 manat" söhbətinə görə

Kənan M.M-dən Tunaya sərt sözlər: Pərvinlə bağlı "1000 manat" söhbətinə görə"Maşın" şounun qalmaqallı iştirakçısı, aktrisa Pərvin Abıyevanın ərtrafında yaranan söz-söhbət səngimək bilmir.
Publika.az xəbər verir ki, bir vaxtlar aparıcı kimi fəaliyyət göstərən aktrisa Tunay Əliyeva Pərvinin ünvanına təhqiramiz ifadələr işlədib. Tunay Əliyevanın Pərvini aktrisalıq qabiliyyətinin olmamasında günahlandırmasına rejissor Kənan M.Mahmudov münasibət bildirib:
"Pərvinin aktrisalıq qabiliyyəti olmasaydı, niyə türklər onu filmə çəkirdi? Absurd fikirdir, ona dəfələrlə qardaş ölkədən təkliflər gəlib. Bu da onun istedadlı aktrisa olduğunu bir daha sübut edir. Qadın həmkarlarının onun üzərinə bu qədər getməsinin səbəblərini anlaya bilmirəm. Yəqin ki, gözəl qızdır, paxıllığını çəkirlər. Ümumiyyətlə, Azərbaycan qadınına öz həmcisinin ünvanına bu sözləri səsləndirməsini yaraşdırmıram, heç gözləməzdim. Tunaya ayıb olsun, ən azından qadın həmrəyliyi olmalıdır. Nə deyim, Allah onu hidayət eləsin".
Rejissor baş verənlərdən dolayı stress keçirən dostu P.Abıyevaya daim dəstək olduğunu da gizlətməyib:
"Görüşməsək də, biz hər gün danışırıq. Bir dost kimi həmişə Pərvinin yanındayam. Dünyanın hər yerində məşhur insanlar müzakirə olunur, danışılır. Bütün bunlara sadəcə susmaqla son qoymaq olar. Verilişdə baş verənləri bu qədər uzatmağa ehtiyac yoxdur. Buna baxmayaraq, "Maşın" şouda iştirak etdiyim üçün peşman deyiləm, dənizdən qorxan gəmiyə minməz. Elə insanlar var ki, mübarizə aparmaq üçün onlar kimi olmalısan".
Qeyd edək ki, Tunay Əliyeva Pərvin Abıyeva haqqında aşağıdakı açıqlamanı verib:
"Maşın şou"da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, orda kimliyini ortalığa qoydu. Çıxıb efirdə ona-buna "qardaş, qardaş" deməsi ilə sadəcə, milləti özünə güldürdü. Biz bağçada deyilik, Pərvin də bizim müəlliməmiz… Nə də heç kim çörəyi qulağına yemir. O aktrisa kimi sıfırdır. "Pərvin" deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur".

Xəbərlər     Baxılıb: 2515   Tarix: 05 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

adlarin menasi reseptler həkim məsləhəti evim interyer maraqli sitatlar dondurmalar xina sozleri kosmetika bakire qaynana novruz kəlamlar haqisda