Kərbəla faciəsi niyə və necə baş verib

Kərbəla faciəsi niyə və necə baş veribHəzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açır. İslam peyğəmbərinin tərbiyəsilə böyüyüb boya-başa çatmış İmam Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşür.

İmam Hüseyn "Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyərək mübarizəyə qalxır, islam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayanır.

O zamanlar Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlir. Tarixdən məlum olduğu kimi, Yezid İslam dininin buyuruqlarına zidd olan işlərə yol verir, içki içir və müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik etməsinə razı ola bilməzdi.

İmam "Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır" deyə buyurmuşdur.

Muaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını tələb edir. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istəyir. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət etdilər. İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir.

Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.

Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz olur və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşür. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşidir. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə toplayır və onlara Mədinəyə qayıtmağı təklif edir. İnsanların bəziləri dağılışır və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam edir.

Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişir. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasına mane olurlar. Bu zaman hələ ki su İmam və onun dəstəsinin ixtiyarında idi. İmam sədaqətli səhabələrindən düşmənə su verilməsini və ümumiyyətlə hər hansı bir qarşıdurmaya yol verilməməsini istəyir. Lakin İmamın əsgərləri yollarına davam etdikcə bu dəfə su düşmən əlinə keçir. Fərat çayını nəzarət altına alan ordu Peyğəmbər ailəsinə su verməkdən imtina edir.

Xatırladaq ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi.

Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qalır. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün tutur və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurur. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayanır. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı...

Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollanır və özünün son xütbəsini oxuyur. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.

Bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edilir. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə - Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar.

Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane olur. İmamın bacısı Zeynəb, oğlu İmam Səccad yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki, dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayırdılar.

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi.

    Baxılıb: 6363   Tarix: 24 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

ATV-nin aparıcısı özünü hovuza atdı - Video

ATV-də yayımlanan "Bağ mövsümü" verilişinin ilk çəkilişi xalq artisti Səməd Səmədovun bağ evində olub. Axşam.az-ın məlumatına görə, səhərdən axşama kimi çəkilişdə olan aparıcı Murad Əzimzadə havanın isti olduğun

.

"Zamanında məni də daş-qalaq edirdilər..." - Damlaya inanılmaz sözlər - VİDEO

Stilist Anar Ağakişiyevin ad günündən görüntülər yayılıb. xəbər verir ki, məclisdə müğənni Damla da iştirak edib. Anarla Damlanın dialoqu marağa səbəb olub. Belə ki, Anar Damlaya "Zamanında məni də sənin kimi daş qala

.

Oğlu Brilliantı özündən çıxardı - "Tərbiyəsiz, gəlib o motosikileti yox edərəm"

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub. qafqazinfo-ya istinadən xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. Caha

.

Birlikdə yaşamağa ev axtarırlar - FOTO

Məşhur aktyor Seçkin Özdemir və sevgilisi Demet Özdemir uzun zamandır kirayə ev axtarışına çıxıb. xəbər verir ki, cütlüyün bu axtarışı, "Eyni evdə yaşamaq qərarını aldılar" söz-söhbətinin yayılmasına şərait yaradı

.

Fədayə Laçının bu VİDEOsunu görən bacısı studiyanı gözyaşı içində tərk etdi - FOTO

Ötən axşam "5/5"in efirində qonaq olan İlahə Fəda hazırda həbs həyatı yaşayan xanım sənətçi Fədayə Laçına həsr edilən videosüjet zamanı gözyaşını saxlaya bilməyib. xəbər verir ki, Zaurdan kadrları saxlamağını istəyə

.

Leyla Əliyeva oğulları ilə "Jara"da - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Jara" musiqi festivalının açılış mərasimi olub. Qafqazinfo-ya isinadən xəbər verir ki, musiqili gecənin təşkilatçısı bəstəkar-müğənni Emin Ağalarovdur. Mərasimdə E. Ağalarovu

.

Əli Mirəliyev gizlinləri açdı: "Toliki rüsvay etdi..."

Prodüser Toliklə (Tarix Əliyev) Əli Mirəliyev arasında qalmaqal yaşanıb. Belə ki, Tolikin verilişlərin birində dediyi "mərhum xalq artisti İlhamə Quliyeva sağlığında Əli Mirəliyevi evinə qoymurdu" açıqlaması qarş

.

Zibillikdən sərvət tapdı, görün nə etdi

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib. BİG.AZ Sputnik Azərbaycan-a istinadən bildiri

.

Sibel Canın ağıllardan çıxmayan balkon görüntüləri - FOTO

Sibel Can Bodrumda verəcəyi konsertdən öncə istirahətə vaxt ayırıb. BİG.AZ -a istinadən xəbər verir ki, Can istirahət zamanı fotoqrafların obyektivinə tuş gəlib. Müğənni dəbdən düşməyən balkon pozunu bu dəfə də Çeşmə bölgəsind

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim şəkilləri geyim necə seçməli hamilelikde qidalanma günel facebook erzaqlar qonaq otaqi dizayni qısa saç düzümləri xocali xərçəng bürcü hesaplama hakışda layla