Kərə yağı BAHALAŞDI
Son günlər kərə yağının qiymətində xeyli artım müşahidə edilir.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.
Elə satıcılar da qiymətlərin son günlər 3-6 manat arasında artdığını deyirlər.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, qlobal bazarda süd məhsullarında bahalaşma qeydə alınıb.
Onun sözlərinə görə, Azərbaycan yağ idxalından asılı olan ölkə olduğu üçün xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir.
Ekspert qeyd edib ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tahinin əsas faydaları
Yerimək üçün çox darıxmışam
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Məşhur müğənni 7-ci dəfə evləndi
Ayça Bingöl "Aşk və Taxt" serialının heyətinə qoşuldu
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?