Kərim efirdə ağladı: "Məni çox sındırdılar, vurdular, söydülər" - VİDEO
"Mənə dayım qızının yoldaşı dəstək oldu. Müəyyən bir vaxta kimi mənə pul xərclədi. Sonra qazanıb onun pulunu qaytardım".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "Gəlin danışaq" verilişində deyib.
Sənətçi "Sorma" klipi nümayiş olunarkən göz yaşalarını saxlaya bilməyib. O, ekran işini mərhum rejissor Şahin Zəkizadənin çəkdiyini deyib.
K.Abbasov həyatda çox əziyyət çəkdiyini söyləyib:
"İndi də əziyyət çəkirəm. Hər dəfə təzyiqlər görəndə pis oluram. Hərdən xoşagəlməz şərhlər yazırlar, elə sıxılıram ki... Mən illərimi, qazancımı vermişəm. Həyatım məhv olub, məni sındırdılar. Efirlər məni vurdu, söydülər. Azərbaycanı tərk etdim, illərlə gəlmədim. İnsan içinə çıxa, kiminsə gözünə baxa bilmirdim. Hərdən məclisdən evə gələndə xanımıma da, uşağa da deyirəm ki, səsin çıxmasın. Neçə saat səs-küy içində olmaq asan deyil. Hər ailədə söz-söhbət olur. Xanımım deyir, "nə edirsən ki, mikrofon alıb oxuyursan da". Əsəbiləşirəm ki, icazə vermirəm sənətim haqda bunu deyəsən. Sənətimə heç kim gözəyarı yanaşa bilməz. Ailəm də, sənətim də mənim dünyamdı. Demişəm, qətiyyən məni sənət və ailə arasında seçim qarşısında qoyma".









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir