Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsi

Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsiKəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir.Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır.
ƏLAMƏTLƏRİ
-Dəri və selikli qişaların saralması
-Qarının yuxarı sağ tərəfində ağrıların olması
-Qarında şişkinliyin əmələ gəlməsi
-Ürəkbulanma və qusma
-Ümumi zəiflik
-Huşun qarışması
-Yuxuculluq
Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.
SƏBƏBLƏRİ
Bəzi təyin olunmuş dərmanlar
Antibiotiklər, qıcolmaya qarşı olan dərmanlar, qeyri steroid iltihab əleyhinə olan dərmanlar kəskin qaraciyər çatışmazlığı törədə bilər.
Bitki əlavələri - qaraciyər çatışmazlığı verən herbal dərmanlar, və əlavələrlə zəhərlənmə halları
Hepatit virusları
Hepatit A, hepatit B və hepatit E kəskin qaraciyər çatışmazlığı verə bilər. Bunlardan başqa bəzi hallarda Epşteyn Barr, sitomeqalovirus və herpes virusu da kəskin qaraciyər çatışmazlığı verə bilər.
Toksinlər
Müxtəlif zəhərli göbələklərin toksinləri, soyuducularda olan karbon tetraxlorid və s. maddələr səbəb ola bilər.
Autoimmun xəstəlik
Kəskin qaraciyər çatışmazlığı autoimmun xəstəlikdən də yarana bilər.
Metabolik xəstəliklər
Çox az rast gəlinən metabolik xəstəliklərdən Vilson xəstəliyi kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Hamiləlik zamanı yaranan kəskin yağlı qaraciyər də buna aiddir.
Xərcəng xəstəliyi
Qaraciyərə yayılmış xəcəng xəstəliyi də qaraciyər çatışmazlığına səbəb ola bilər.
Şok - septik vəziyyət və şok qaraciyərin qan dövranını pozaraq qaraciyər çatışmazlığı verə bilər.
Çox sayda kəskin qaraciyər çatışmazlığının aydın olmayan səbəbi də olur.
DİAQNOZU
Qaraciyər sınaqları, protrombin zamanı, İNR, Albumin kimi qanın biokimyəvi analizləri olunmalıdır. Adətən qaraciyər enzimləri katastrofik yüksəlmiş olur, İNR və bilirubin yüksəlməkdə davam edir, Albuminin isə miqdarı azalır.
Ultrasəs müayinə
Komputer tomoqrafiya və maqnit rezonans müayinələri oluna bilər. Bunlar şiş kimi xüsusi səbəbləri müəyyən etməyə kömək edir.
Qaraciyər biopsiyası
Bu kəskin qaraciyər çatışmazlığının səbəbini müəyyən etməyə də kömək edə biər.
MÜALİCƏSİ
Kəskin qaraciyər çatışmazlığı stasionarda, intensiv terapiya və ya reanimasiya şöbələrində aparılmalıdır. Yaxşı olar ki, müalicə ümumilikdə transplantasiya servisi olan xəstəxanada aparılsın. Adətən aparılan müalicənin məqsədi kəskin qaraciyər çatışmazlığının ağırlaşmalarının qarşısını almağa yönəldilir ki, qaraciyər sağalmağa vaxt qazansın.
Kəskin qaraciyər çatışmazlığı dərmanlar vasitəsi ilə müalicə edilə bilmədikdə qaraciyər transplantasiyası yeganə yol olur. Bu xəstələrin transplant komandasına vaxtında tanıdılması transplantasiya əməliyyatı üçün donor hazırlığına vaxt itirməməyə səbəb olar.
Ümumilikdə isə müalicə beyin ödeminin yaranmaması üçün, infeksiyanın qarşısını almaq üçün, kəskin qanaxmaların olmaması üçün aparılan profilaktik dəstəkverici tədbirlərdən ibarətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1696   Tarix: 08 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qis geyimləri 2026 yay kolleksiyasi sade makiyaj sekilleri kompot çanta ayaqqabı şaftalının xeyri cizgi filmləri kosmetika saglam qidalanma baldiza aid masturbasiya nedir azərbaycan gözellik