Keyfiyyətli yuxu üçün yatmazdan əvvəl bunları edin

Keyfiyyətli yuxu üçün yatmazdan əvvəl bunları edinİnsanların çoxu yuxuya getmək üçün yatmazdan əvvəl ilıq duş qəbul etmək, ağır qidalar qəbul etməmək, ekranlardan uzaq durmaq kimi məsləhətlərlə tanışdır. Bununla belə, bu sahədə mütəxəssis deyir ki, keyfiyyətli yuxu üçün axşam rejimində daha bir neçə dəyişiklik tələb oluna bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, doktor Ankit Parek heç bir tibbi müdaxiləyə ehtiyac olmadan yaxşı bir gecə yuxusu almaq üçün ən vacib olan amilləri sıralayıb.
O bildirib ki, şokoladlı və ədviyyatlı qidalar yeməyin, kardio ilə məşğul olmayın:
"Axşam saat 20.00-dan sonra yeməyin piylənmə riskinin artması ilə əlaqəli olduğunu bilirsiniz. Gecə gec saatlarda yedikləriniz yuxunuza da təsir edə bilər. Xüsusilə, yatmazdan bir neçə saat əvvəl ədviyyatlı və ya yağlı yeməklər yemək mədə yanmasına və həzm pozğunluğuna səbəb ola bilər. Mədədəki narahatlıqlar sizi oyandıra və yuxu keyfiyyətinizi poza bilər".
Onun sözlərinə görə, bundan əlavə, qəhvə istehlakını yalnız səhər saatları ilə məhdudlaşdırmaq lazımdır:
"Bəzi tədqiqatlar göstərir ki, kofeinin stimullaşdırıcı təsiri istehlakdan sonra təxminən altı saat davam edir. Bu o deməkdir ki, siz yatmağa hazırlaşarkən kofein istirahət etməyi çətinləşdirir".
Kondisionerinizi yandırın, otağınızı təmizləyin və dərindən nəfəs alın!
"Bir neçə sadə addımla yataq otağınızı mümkün qədər yuxu üçün ən yaxşı məkana çevirə bilərsiniz. Birincisi, kondisioneriniz varsa, onu ideal dərəcəyə, yəni 18-22°C temperatura qoyun. Yataq otağınızın rahat və nizamlı olması da vacibdir", - deyə həkim qeyd edib.
O xatırladıb ki, nəfəs məşqləri də yuxudan əvvəl zehni sakitləşdirməyə kömək edir:
"Yatmağa getməmişdən iki saat əvvəl istirahət etməyə başlayın. Bədəninizə istirahət vaxtının gəldiyini söyləmək üçün hər gün eyni vaxtda yatmaq lazımdır. Araşdırmalar müntəzəm yuxu rejimi olan insanların ümumiyyətlə daha sağlam olduğunu göstərir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1596   Tarix: 09 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

yay kolleksiyasi adlarin menasi qadin dunyasi hamiləlikdə qidalanma tort reseptleri yemək resepti dolma reseptleri kosmetika ikizler efsaneler qızlıq pərdəsi bir arzum var birlik