Kilsəyə gedən Xalq artisti: "Bunu mənə nənəm öyrədib"
Xalq artisti Brilliant Dadaşova dininin dəyişməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Xalq artistinin adından "Qafqazinfo"ya daxil olan açıqlamada bu xəbər təkzib olunur və bir neçə gün əvvəl kilsədə keçirilən Milad Bayramında iştirakına aşağadakı kimi aydınlıq gətirilib: "İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm.
Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlər və mədəniyyətlərə dərin hörmət və ehtiram var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə kilsələrə getmişəm. İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki, hər zaman öz Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Cox təəsüf edirəm ki, media bunu indi bilir...".
f Paylaş








Hakışta
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Elnarə Abdullayeva nənə olacaq
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?