Kirpik gənəsi xəstəliyi nədir? – Xəbərdar olun ki, qorunasınız!

Kirpik gənəsi xəstəliyi nədir? – Xəbərdar olun ki, qorunasınız!Demodekoz adlanan bu xəstəliyə yaz-yay aylarında daha tez-tez rast gəlinir.

Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.

Demodekoz zamanı insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.

Oftalmoloq Leyla Hüseynzadə Bizimyol.info saytına bildirib ki, demodekoz tək üz dərisində deyil, başin tüklü nahiyəsində, kirpiklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kirpiklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə "tökülən qum" hissiyatı əmələ gəlir.

"Kirpik demodekozu gözlərdə yorğunluq, qaşınma, şişkinlik, göz qapağı kənarlarının qızarması, kirpiklərin, qaşların tökülməsi, kəpəklənməsi, kirpiklərin bir-birinə yapışmasi kimi əlamətlərlə özünü göstərir. Gənələrin hərəkəti axşamlar daha aktiv olduğundan, qaşınma axşamlar daha çox qeyd olunur.Diaqnoz həkim müayinəsi və laborator analiz əsasında qoyulur. Demodekozun müalicəsı çox uzun sürən bir prosesdir. Bəzən aylarla, hətta illərlə davam edir. Çox vaxt bahar və payiz aylarında residiv verir. Şəxsi gigiyena qaydalarina rəayət etməyin müalicənin effektiv olmasında böyük rolu var. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Bu xəstəlik öz-özünə keçib getmir. Demodekozun müalicəsi uzunmüddətli və kompleksdir. Vaxtında həkim-dermatoloqa müraciət edilməli və xəstəlik müalicə olunmalıdır.Həkim nəzarətində tezləşdirilmiş müayinə üsulu ilə müalicə təxminən 40 gün davam edir, tam sağalma ilə nəticələnir",- deyə həkim bildirir.

Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün aşağıdakı üsullardan istifadə edilirdi.

Xaricə istifadə üçün bir xörək qaşığı xırdalanmış ardıc meyvəsinin üzərinə 1 stəkan qaynar su tökülüb, 4-6 saat müddətinə ağzı bağlı yerdə dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 1-2 dəfə 15-20 dəqiqə müddətinə dəriyə islatma şəklində tətbiq edilir. İslatmadan öncə dərini gülümbahar çiçəyi və evkalipt yarpağının spirtli çıxarışı ilə silmək lazımdır.

Birinci reseptdə ardıc meyvəsinin əvəzinə 2 xörək qaşığı xırdalanmış yovşan otu və ya 1 xörək qaşığı kövrək murdarça qabığı, ya da 1 xörək qaşığı xırdalanmış uca andız kökü götürüb eyni qaydada prosedur aparıla bilər.

Daxilə istifadə üçün:

Hərəsindən 1 hissə olmaqla bağayarpağı yarpağı, yovşan otu, istiotlu nanə yarpağı boymadərən otu, dağ tərxunu çiçəyi, gicitkən yarpağı və 2 hissə yatıqqanqal otu xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Hərəsindən 2 hissə olmaqla üçrəng bənövşə, gülümbahar çiçəyi, dazıotu və hərəsindən 1 hissə olmaqla istiotlu nanə yarpağı, bağayarpağı yarpağı, uca andız kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Xaricə və daxilə istifadə eyni vaxtda tətbiq olunanda daha səmərəli nəticə verir.

Leyla Hüseynova bu xəstəliyə yoluxmuş insanlara üzlərinə aloye, kələm şirəsində isladılmış salfetlərdən maska etmyi məsləhət bilir. "Tüklü balışlardan imtina edin və mütəmadi olaraq yataq dəstinizi yuyun, ütüləyin və təzələyin.

Dərinizi günəş şüalarından, külək və şaxtadan qoruyun.Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidaları və alkoqolu çıxarın.Daha çox meyvə və tərəvəzlərdən istifadə edin".

Sağlamlıq     Baxılıb: 3342   Tarix: 09 may 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

gelinlikler toy gecesi geymler 2026 tanışlıq saytı yuxa tortu dodaq usaq masajlari kosmetika kurtlar vadisi azərbaycan olumu vətən haqqında atalar sözləri hakistalar