Kişi idmançımız necə oldu ki, Türkiyədə qadın oldu?!

Kişi idmançımız necə oldu ki, Türkiyədə qadın oldu?!Hazırda İstanbulda yaşayan və "Qalatasaray" basketbol klubunda çıxış edən Orxan Aydın Hacıyeva Yeniçağ.az-a müsahibə verib. O, soyadındakı səhvdən və Türkiyədəki karyerasından danışıb.

– Orxan sizi yaxından tanıyaq.

– 1989-cu il oktyabrın 1-də Bakıda anadan olmuşam. Basketbolçu kimi karyerama AZAL klubunda başlamışam. 2 il AZAL basketbol klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Türkiyəyə gəldim. Artıq 13 ildir ki, karyeramı burada davam etdirirəm. Təqribən 5 ildir ki, Azərbaycan basketbol üzrə milli komandasının üzvüyəm. Karyeram ərzində Türkiyədə "Anadolu Efes", "Yıldız", "Darüşşafaka", "Türk Telekom", "Aliağa Petkim", "Uşak Sportif", "Acıbadem" kimi klublarda çıxış etmişəm. Hazırda isə "Qalatasaray" basketbol klunun üzvüyəm.

– "Qalatasaray" klubuna necə dəvət almısınız?

– Bundan öncəki illərdə "Qalatasaray" klubu ilə anlaşmaq ehtimalım var idi. Lakin müəyyən səbəblər üzündən anlaşmamız baş tutmurdu. Qismət bu ilə imiş və gerçəkləşdi. Transfer zamanı mənim hüquqlarımı menecerim təmsil edir və bütün klublarla danışıqları o, aparır.

– Azərbaycanlı olaraq diqqət çəkə bilirsiz?

– Bəli, mən ölkəmi hər zaman ən yaxşı şəkildə təmsil etməyə çalışıram. Ölkəmdən kənarda oynasam da mən azərbaycanlıyam. Bundan sonra da əlimdən gələn qədər ölkəmi ən yaxşı şəkildə təmsil edəcəm.

– Azərbaycan klublarından təklif almamısız?

– Xeyir. Belə bir təklif olmayıb.

– Gələcək planınızda Azərbaycanla bağlı hansı işlər var?

– Düzdür, peşəkar idmanın ömrü uzun olmur. Hətta 35 yaşdan sonra peşəkar karyeranın sonu yavaş-yavaş yaxınlaşır. Amma mənim hələ ki, burada çıxış edib, özümü daha yaxşı tərəfdən göstərmək niyyətim var. Hələ ki, mənim karyeramı bitirmək kimi qərarım yoxdur. Azərbaycanda və Türkiyədəki gələcəyimi isə zaman göstərəcək. İndi bununla bağlı nəsə demək çətindir. Mən hazırda "Qalatasaray"dayam, burada da bir azərbaycanlı olaraq, özümü yaxşı tərəfdən göstərməliyəm.

– Orxan bəy, sizin soyadınız niyə "Hacıyev" yox, "Hacıyeva" kimi qeyd edilir?

– Əvvəllər "Hacıyev" idi. Türkiyə vətəndaşlığına keçərkən səhvə yol verildi və soyadım "Haciyeva" yazıldı. Bu da illərdir belə dəvam edir. Mən də dəyişdirmədim, eləcə də qalıb.

Xəbərlər     Baxılıb: 2166   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan