KİŞİ MİQRENİNİN DƏHŞƏTLİ fəsadları: İntihar, stres, siqaret çəkmək...

KİŞİ MİQRENİNİN DƏHŞƏTLİ fəsadları: İntihar, stres, siqaret çəkmək...Klaster baş ağrıları əksər hallarda (təxminən 80%) kişilərdə müşahidə olunur. Bu səbəbdən bu ağrıların digər adı "kişi miqreni"dir. Klaster baş ağrıları intensivliyinə görə dünyada ən güclü ağrlardan biri sayılır. Nadir hallarda olsa da belə ağrılardan əziyyət çəkən insanlar özünə xəsarət yetirir (başını divara vurur, başına hər hansı əşya ilə zərbələr vurur və s.) və hətta intihar edirlər. Klaster baş ağrılarından adətən 20-50 yaşları arasında kişilər əziyyət çəkir.
Milli.Az bildirir ki, klaster baş ağrılarının səbəbi sona qədər məlum olmasa da, mütəxəssislər onu beyinin hissəsi olan hipofizlə əlaqələndirirlər.
Klaster baş ağrısının tutmasına təkan verən amillər: stres, siqaret çəkmək, qaydasız şəkildə qida qəbulu, yuxunun az olması, yuxusuzluq, gərgin iş, mövsümlərin dəyişilməsi, soyuq və s.
Klaster tipli baş ağrıları əksər hallarda gecə saatlarında, adətən eyni vaxtda başlayır. Ağrılar hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı olur, nəbz kimi vurur. Ağrı baş və üzün bir yarısında olur. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur. Ağrı kəskin artır və 5-10 dəqiqə ərzində maksimuma çatır, sonra isə azalmağa başlayır. Xəstə çox narahat, həyacanlı olur, özünə yer tapa bilmir.
Ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq təkrarlanır. Ağrı iztirabı 15 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilər.
Klaster baş ağrısı insult və ya digər fəsadlara səbəb olmur. Ancaq bu ağrılar insana xeyli əziyyət verir. Ona görə kalster baş ağrılarından əziyyət çəkənlər mütləq nevropatoloq və ya nevroloqa müraciət etməli və lazım olan müalicə almalıdır. Adətən düzgün seçilmiş müalicə yaxşı effekt verir, ağrıların intensivliyini və tutmaların tezliyini xeyli azaldır.
Həmçinin klaster baş ağrılarını provokasiya edən faktorlardan da (siqaret, stres və s.) uzaq olmaq, kifayət qədər yatmaq və dincəlmək, vaxtı-vaxtında qidalanmaq lazımdır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1214   Tarix: 12 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid