Kişi sonsuzluğunu yaradan səbəblər və müalicə yolları

Kişi sonsuzluğunu yaradan səbəblər və müalicə yollarıGenetik patologiyalar - kişi sonsuzluğunun çox nadir səbəblərindən olub cinsi xromosom patologiyaları ilə əlaqədar olur. Bildiyimiz kimi, kişi xromosom dəsti – 46, XY olur. Bəzi hallarda doğulan oğlan uşaqlarında "artıq" cinsi xromosom olmaqla 47, XXY xromosom dəsti olur. Belə oğlan uşaqları cinsi inkişafdan geridə qalmaları, qadınabənzər bədən quruluşları və süd vəzilərinin böyüməsi ilə fərqlənirlər. Bu patologiyası olan kişilər sonsuz olurlar və onların müalicəsi isə indiyə qədər hələ ki, mümkün hesab edilmir.

Kişi cinsiyyət sisteminin müxtəlif anadangəlmə pozğunluqları onlarda sonsuzluğun baş verməsinə səbəb ola bilər. Belə pozğunluqlardan biri uretranın (sidik kanalının) qüsurlarıdır. Bu zaman sidik kanalının xaricə açılan dəliyi normadan fərqli olaraq, yerini dəyişdirməklə, cinsiyyət üzvünün ön və ya arxa səthində, bəzən isə hətta xayalığa yaxın bir yerdə yerləşmiş olur. Cinsiyyət üzvü bu zaman bir qədər əyilmiş olur və cinsi əlaqə zamanı spermanın uşaqlığın dərinliyinə düşməsi mümkün olmur. Sonsuzluğun bu formasında çıxış yolu süni mayalanma üsulundan istifadə edilməsidir.

Kişi sonsuzluğuna səbəb olan digər nadir anadangəlmə pozğunluqlardan biri də xayaların olmamasıdır. Bu halda kişi sonsuzluğunun müalicə edilməsi mümkün olmur və çıxış yolu kimi, donor spermasından istifadə olunması təklif oluna bilər.

Bəzi hallarda kişilərdə xaya artımı və ya toxumçıxarıcı axarın olmaması kimi anadangəlmə qüsura da rast gəlmək olur. Bu halda da həkimlər süni mayalanmanın müxtəlif üsullarına müraciət etməli olurlar.

Normada hamiləlik müddəti tam şəkildə sona çatmaqla doğulan uşaqlarda xayalar xayalıqda yerləşmiş olurlar. Nadir hallarda (əksərən hamiləlik müddəti tam şəkildə sona çatmamaqla yarımçıq doğulan oğlan uşaqlarında) xayalar, normada olduğu kimi, öz-özünə xayalığa enmirlər ki, bunun da nəticəsində kriptorxizm (bir və ya hər iki xayanın xayalığa enməməsi) xəstəliyi baş verir. Nadir hallarda təsadüf edilən bu xəstəliyin müalicəsi, erkən uşaq yaşlarında olmaqla, ancaq cərrahi yolla həyata keçirilir. Xayaların "qanuni yerinə" qaytarılması əməliyyatının gecikdirildiyi hallarda, onların funksiyaları xeyli dərəcədə pozularaq, son nəticədə sonsuzluğa da səbəb ola bilər.

Cinsi orqanlarda olan iltihabi xəstəliklər – kişilərdə sonsuzluğun əmələ gəlməsinin ən çox təsadüf edilən səbəblərindən biri hesab olunur. Kişi reproduktiv sisteminə çox böyük ziyan vuran xəstəliklər - ilk növbədə cinsi yolla keçən infeksiyalardır (sifilis, qonoreya, xlamidioz, trixomoniaz, mikoplazmoz, ureaplazmoz və digərləri). Onlar spermanın tərkibini dəyişərək onu mayalanma üçün yararsız vəziyyətə gətirirlər.

Cinsi orqanların iltihabi xəstəlikləri cinsiyyət yollarının keçməməzliyinə də səbəb ola bilərlər. Əksər hallarda keçməməzliyin səbəbi vaxtında aşkar edilərək müalicə olunmayan epididimit (xaya artımının iltihabı) olur. İltihabi proses xaya artımının toxum daşıyıcı kanallarının yapışmasına və ya tutulmasına səbəb olur. Nəticədə yalnız bir xayada toxumçıxarıcı kanallar tutulmuş olduqda, spermada spermatozoidlərin sayı xeyli azalmış olur. Hər iki xaya artımının toxumçıxarıcı kanalları tutulduqda isə spermatozoidlər xayaların heç birindən toxum kisələrinə daxil ola bilmədiyi üçün geriyədönməz proses olan sonsuzluq baş verir. Sonsuzluğun bu formasının müalicəsi mümkün olmur və bu halda da süni mayalanma üsulundan istifadə etmək lazım gəlir.

Sidik-cinsiyyət sisteminin orxit (xayaların iltihabı), prostatit (prostat vəzinin iltihabı), vezikulit (toxumçıxarıcı axarların iltihabı) kimi xəstəlikləri də spermanın tərkibinin dəyişilməsinə təsir göstərə bilərlər. Xroniki prostatit 50 faizdən çox xəstələrdə toxum mayesinin patoloji dəyişikliklərinə səbəb olur. Xroniki prostatitin tipindən asılı olaraq həkim tərəfindən onun müalicə taktikası müəyyən edilir. İltihabi prosesin müalicəsindən sonra isə spermatogenezin dərmanlarla stimullaşdırılmasına başlanılır.

İstənilən ciddi xəstəlik, infeksiyalar və hətta güclü soyuqdəymə də spermanın hazırlanmasının prosesini pozur. 3 aydan sonra isə spermanın miqdarı, adətən, bərpa olunur. Antibiotiklərlə müalicə vaxtında başlanmış olduqda, spermanın keyfiyyətinin bərpa edilməsi mümkün olur. İltihabi proses reproduktiv orqanlarda ciddi dəyişikliklərə səbəb olduqda (məsələn, toxumçıxarıcı axarların tutulması) isə xəstəliyin proqnozu heç də yaxşı olmaya bilər.

Xayaların müxtəlif növ şişləri və kistaları toxumçıxarıcı axarı sıxaraq onun mənfəzinin tutulması nəticəsində sonsuzluğa səbəb ola bilər.

Kişi cinsi sonsuzluğunun əsas səbəblərindən biri də - varikoseledir. Onun müalicəsi isə - cərrahi yolla varikoselenin aradan götürülməsindən ibarətdir.

Xaya hidropsu da kişi sonsuzluğunun səbəbi ola bilər. Onun da müalicəsi cərrahi yolladır.

Varikosele, xaya hidropsu və qasıq yırtığı kimi xəstəliklər uşaq və yeniyetmə yaşları dövründə aşkar edilərək müalicə olunmadıqları təqdirdə daha təhlükəli hesab olunurlar. Bu halda xayalarda olan dəyişikliklər geriyədönməz xarakter alaraq sonsuzluğa səbəb olurlar. Kişi sonsuzluğunun bu formasının müalicəsi isə yalnız süni mayalanma aparılması yolu ilə (əksər hallarda hətta donor spermasından istifadə olunmaqla) mümkün olur.

Kişi sonsuzluğunun səbəblərindən biri də uşaq yaşlarında keçirilmiş olan epidemik parotit ("svinka") xəstəliyi ola bilər. Məsələ burasındadır ki, bu xəstəlik zamanı oğlan uşaqlarında xayalar da zədələnə bilər. Əgər xəstəlik zamanı uşaqda baş verən xayanın iltihabı (orxit) kifayət qədər güclü olarsa və bu zaman tələb olunan müalicə kursu aparılmazsa, bu, son nəticədə xayaların funksiyasının xeyli dərəcədə pozulmasına və sonsuzluğa səbəb ola bilər. Məhz buna görə uşaqlara epidemik parotitə ("svinka") qarşı vaxtında peyvənd edilməsi tövsiyə olunur (bu peyvənd bütün uşaqlar üçün məcburi olan peyvəndlər siyahısına daxildir).

Sadalanan xəstəliklərdən savayı, uşaq yaşlarında cinsi üzvlər sahəsinin güclü travmaları da (yıxılarkən, güclü zərbə və s. nəticəsində) gələcəkdə kişi sonsuzluğunun formalaşmasına səbəb ola bilər.

Beləliklə, oğlan uşağının reproduktiv sağlamlığının qayğısına onun valideynləri uşaq doğulan gündən etibarən başlamalıdırlar!

Sağlamlıq     Baxılıb: 3441   Tarix: 21 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

hamilelikde qidalanma sac duzumleri geymler 2026 parfümeriya pnevmoniya xesteliyi boyun osteoxondrozu pizzalar kosmetika həmidə gunay suni mayalanma rus dilin nece orenek sağlamlığın sirleri