Kişilər arvadlarını niyə ÖLDÜRÜR ? Psixiatr yazır

Kişilər arvadlarını niyə ÖLDÜRÜR ? Psixiatr yazır"Arvadını tüfənglə qətlə yetirdi", "Hamilə arvadını döyərək öldürdü", "Həyat yoldaşının başını kəsdi"... tipli xəbərlər son aylarda saytlarda, sosial şəbəkələrdə və televiziyalarda tez-tez qarşımıza çıxır.
Hər ay azı 1 analoji motivli cinayətin olması 10 milyon əhalisi olan bir ölkə üçün təbil çalınacaq rəqəmdir. Bəs bu cür cinayətlərin artmasının səbəbi nədir? Niyə kişilər arasında həyat yoldaşlarına qarşı bu qədər aqressiya, şiddət yaranıb?

Kişilərdə aqressiv davranışın səbəbi...

Kişi yaradılışı, tarixi təkamülü etibarı ilə aqressivliyə, fiziki gücə meylli olub. Bunun ibtidai cəmiyyətlərin idarəetmə formalarından tutmuş, bioloji olaraq qanındakı androgenlərin çox olmasına qədər müxtəlif səbəbləri var. Ancaq bunlar kişilərin xislətindəki aqressivliyin onların özündən asılı olmayan tərəfləridir. İçdən gələn bu aqressiv rəftar əksər hallarda qadınlara yönəldiyi üçün müxtəlif mədəniyyətlər müxtəlif üsullarla bunu aradan qaldırmağa çalışıblar. Bu, bəzi yerlərdə dini əxlaqla, bəzi yerlərdə icma, ağsaqqal nəsihəti ilə, bəzi yerlərdə yüksək təhsil verməklə özünü göstərib.
Haqqında danışdığımız aqressiv davranış son illərdə özünün bizim cəmiyyət üçün alışdığımız "şillə, təpik" formatından "güllə, bıçaq" kimi daha qəddar formalarına keçib. Bunun 2 əsas - sosial və psixoloji tərəfi var.
Sosial baxış bucağından baxdıqda bu cinayəti törədən kişilər qadına şəxsi əmlak gözündə baxır, onların başqa heç bir fəaliyyətinə, hətta doğma valideynlərilə əlaqələrinə belə, imkan vermirlər. Məsələni daha da qəlizləşdirən qısqanclıq faktorudur. Cinayətlərin əsas motivi namus və mental qaydalara olan ifrat sədaqətdir. Son illərdə artan qadın xəyanətləri öz növbəsində daha qəddar üsullarla törədilmiş cinayətlərə gətirib çıxardır. Mətbuatda oxuduğumuz, xəbərlərdə gördüyümüz qədərilə bu cinayətlərin böyük əksəriyyəti heç də hər zaman adi kişi qısqanclığı deyil, içində həqiqət payı olan gizli yazışmalar və görüşmələri ehtiva edən real xəyanət faktlarıdır. Qadın xəyanətlərinin səbəbləri isə psixoloji olmaqdan daha çox sosial məcraya yönəldiyi üçün bununla bağlı ölkədəki ailə, qadın institutlarının tədqiqatına ciddi ehtiyac var.
Məsələnin psixoloji yönü daha çox açıqlama tələb edir. Dar bir çərçivədə aparılan tədqiqat zaman müəyyənləşib ki, məişət zəminində öz həyat yoldaşlarını qətlə yetirən kişilərin böyük əksəriyyətinin uşaq vaxtı anaları ilə problemləri olub. Kişi beyni daim həllini tapmayan problemlər, uşaqlıq travmaları ilə doludur. Onlar həmişə öz analarını atalarına "qısqanıblar", analarının yalnız özlərinə aid olmasını istəyiblər və bu, mümkün olmayıb. Məşhur psixoterapevt Ziqmund Freyd bunu "Edip kompleksi" adlandırırdı. Bu baxımdan, kişi həyatındakı qadının ancaq özünə məxsus olmasını istəyir, paylaşa bilmir. Diqqət etsəniz, görərsiniz ki, bir qrup cinayətlər, hətta ərlər arvad boşandıqdan sonra da baş verir. Çünki kişi ayrılmış olsa belə, yenə də o qadının özünə məxsus olduğunu sanır, onu başqa kişiylə paylaşmaq istəmir, hətta bunun düşüncəsi belə, onu aqressiv addımlar atmağa, şiddət göstərməyə sövq edir.
Psixoloji səbəblər içərisində qadına qarşı yönəlmiş cinayətlərdə cinayət törədən şəxsin fərdi xasiyyət keyfiyyətlərinin rolu hədsizdir. Şəxsiyyət tiplərinin beynəlxalq təsnifatında antisosial şəxsiyyət tipləri cinayətə daha çox meylli şəxslər kimi qiymətləndirilirlər. Bu şəxslər cəmiyyətin bütün yazılan və yazılmayan qanunlarına əks gedirlər, özlərindən zəifi əzirlər, dəfələrlə and içsə də, söz versə də, təkrar eyni hərəkətləri edir, həbsi üçün zəmin hazırlayan yerlərdə olurlar. Bu tiplər daim sədaqətsizlik, ona olunan hörmətsizlik barəsində düşünürlər.
Ərləri tərəfindən aqressiv rəftara məruz qalan qadınlar bunu mütləq ailə böyükləri ilə müzakirəyə çıxarsınlar. Məsələ daha böyük fəsadlar vermədən mütləq şəkildə müdaxilə lazımdır. Çünki ik mərhələdə söyüş, təhqirlə başlayan aqressiv rəftar sonradan fiziki aqressiyaya keçir. Bu isə öz növbəsində illər və ya aylar sonra cinayət və digər qanlı hadisələri qaçılmaz edir.
Aqressiv olan kişilər isə mütləq bir mütəxəssisdən yardım almalıdır. İlk dönəmlərdə bu, adi xasiyyət problemi olsa da, sonradan depressiya və nevrotik pozuntular ortaya çıxacaq. Ortada sizi özünüzdən çıxaracaq bir səbəb olsa belə, nəsə etməzdən əvvəl dəfələrlə bunu düşünün, kişilər.
Sonda isə həm qadınlarda, həm də kişilərdə ilkin təəssürat yarada biləcək bir testi sizə təqdim edirik.
Əgər bu suallardan ən azı ikisinə "hə" cavabı verirsinizsə, həyat yoldaşınızın konfliktli (aqressiv) olma ehtimalı çox yüksəkdir.
1. Sizinlə ailə üzvləri, dostlarınız, uşaqlarınızın önündə alçaldıcı zarafatlar edirmi?
2. Spirtli içki qəbulundan sonra sizə qarşı aqressiv olurmu?
3. Sizə və ya övladınıza nə vaxtsa səbəbsiz vurdumu?
4. Onu əsəbiləşdirməmək üçün hər şeyə razısınızmı?
5. O, evdə olmayanda özünüzü daha rahat, xoşbəxt hiss edirsinizmi?
6. Qolunuzdakı, sifətinizdəki göyərmə izlərini qohumlarınızdan gizlətmək ehtiyacı olubmu?
7. Tez-tez "Məni əsəbləşdirmə" deyə qışqırırmı?
8. Heç bir səbəb olmadan tez-tez evdə problem yaradırmı?
9. Əsəbiləşəndə qapıları çırpıb, şüşə sındırıb və ya əşya tulladığı oldumu?
10. Maddi olaraq sizi özündən asılı vəziyyətdə saxlamağa çalışırmı?

Orxan Fərəcli, həkim-psixiatr

Aile.lent.az

Xəbərlər     Baxılıb: 2366   Tarix: 29 oktyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Bu qidalar ömrü 10 il uzadır

Müasir tibb elmi sübut edir ki, düzgün qidalanma vərdişləri insanın genetik kodunu belə müsbətə doğru dəyişməyə qadirdir.  xəbər verir ki, son illərdə aparılan genişmiqyaslı araşdırmalar bəzi spesifik qidaların müntəzəm istehlakını

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

"Hantavirus"a görə bu ölkələr risk altındadır - Diqqət

Ümumdünya Səhiyyə Təşkilatının hantavirusa yoluxma ilə bağlı mümkün araşdırmalarda 12 ölkə ilə əlaqə saxladığı bildirilir. xəbər verir ki, ölkələrdən bəziləri yeni yayılmış virusla bağlı risk altındadır. Təsirə məruz qala

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

turlar.az

toy makiyajlari toy gecesi qis geyimləri 2026 gündəlik bürclər gelinlikler 2026 geyim kolleksiyalari donlar 2026 kosmetika klitor cantalar maska azerbaycan brusell bakteriyası