Kişilər fərqli şəkildə depressiya yaşayır

Kişilər fərqli şəkildə depressiya yaşayır"Mədəni həyat keçirməyə məcbur edilən kişilər həyatları boyunca daha çox depressiya keçirirlər", - deyə alimlər bildirir.

Depressiya kişilərdə də olduqca sıx görülən və insanın həyatının dadını qaçırmağa səbəb olan bir xəstəlikdir. Üstəlik, qadınlar depressiya zaman müalicə olunur, kişilər isə demək olar ki, onu xəstəlik hesab etmirlər.

Kişilərlə qadınların depressiya əlamətləri oxşardır. Amma kişilər depressiyanı fərqli şəkildə ifadə edirlər. Qadınlar bədbəxtəm, kədərliyəm, özümü günahkar hiss edirəm, kifayət qədər yaxşı ana ola bilmədim kimi sözlərlə ruh hallarını ifadə edirlər. Kişilər əsəbiyəm, narahatam, dözülməzəm, yuxum pisdir, cinsi istəyim azaldı kimi şikayətlənmələri daha çox dilə gətirirlər. Kişilər daha güclü olmaları lazım olduğunu düşünərək öz fikirlərində zəiflik kimi görünən bəzi ruh hallarını inkar edərlər.

Bəs kişilərdə müalicə edilməyən depressiyanın nəticələri nələrdir? Kişilərdə depressiya dağıdıcı nəticələr doğura bilməkdədir. Depressiyada olan kişilərdə qadınlarla müqayisədə intihar ilə ölüm nisbətləri təxminən dörd qat daha çoxdur. Daha çox qadın intihara cəhd etsə də, bundan fərqli olaraq kişi intihar nəticəsində öz həyatını sona çatdırır. Bu, kişilərin yüksəkdən atlama, odlu silah istifadə etmə kimi daha sərt üsulları istifadə etməsindən irəli gəlir.

Norveçin Elm və Texnologiya İnstitutunun alimlərinin araşdırmaları nəticəsində maraqlı və kifayət qədər qəribə fakt ortaya çıxıb. Sən demə, əksər kişilər mədəni həyat keçirən zaman daha çox depressiyaya düşürlər. "The Daily Telegraph" araşdırmanın nəticələrinə əsasən yazır ki, mədəni və mənəvi dəyərlərə fikir verməyən kişilər depressiyadan daha az əziyyət çəkirlər.

Araşdırma təxminən 50 min nəfər üzərində aparılıb. Məlum olub ki, məsələn, mənzili olmayan kişi bundan daha az depressiya keçirir, nəinki musiqinin və ya hansısa tamaşanın təsirindən. Qadınlarda isə belə hal üzə çıxmayıb. Bununla yanaşı, alimlər mədəni həyatın həm kişilərin, həm də qadınların əhvalına ilkin mərhələdə müsbət təsir göstərdiyini müəyyənləşdiriblər. Araşdırma müəllifləri mədəni həyat tərzinin insanın fiziki sağlamlığına da təsirini müəyyənləşdirməyə çalışsalar da, belə əlaqə tapa bilməyiblər.

Depressiya yaşlanmanın normal bir parçası olmamasına baxmayaraq, yaşlı kişilərdə ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin, depressiyanın da daha tez izlənilməsi ilə nəticələnir. Təqaüd ilə birlikdə kişinin gəlir və iş itkisi olur, kişi özünü boşluqda və gücünü itirmiş hiss edə bilir.

Hər il xüsusilə qış mövsümündə özünüzü çökmüş kimi hiss edirsinizsə, depressiya müalicəsi almağınıza baxmayaraq, göstəricilər düzəlmirsə, sizdə də D vitamini əksikliyi ola bilər. Son araşdırmalar D vitamini çatışmazlığının depressiya əlamətləri yaratdığını göstərir. Lakin tam olaraq D vitamini və depressiyanın hansı mexanizm ilə əlaqəli olduğu bilinmir. Ancaq bildirilir ki, D vitamini əskikliyi depressiyaya səbəb ola bilər, ya da depressiya aşağı D vitamini səviyyələri üçün risk artıra bilər. Məsələn, depressiya diaqnozu olan insanların daha çox zamanlarını qapalı sahələrdə keçirmələri, daha az sağlam bəslənmələri D vitamini səviyyələrini aşağı salır. Beyin də daxil olmaqla bütün bədəndə D vitamini ilə çalışan hüceyrələr olur. D vitaminin əksik olması bu hüceyrələrin yanlış işinə yol açır. Depressiyanın ortaya çıxmasının mexanizmi bu, ola bilər.

Qış mövsümündə D vitamini ilə zəngin olan balıq, süd və süd məhsullarını rasiona daxil edin.

Ailə və Uşaq     Baxılıb: 2482   Tarix: 14 dekabr 2014
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

makiyaj instagram kosmetika mehsullari qadin sayti qadın parfumeriya azerbaycan xalq mahnilari adlari qadın orqanizmi müalicəvi bitkilər kosmetika qaynana terezi burclerin uyumu vətənə aid bayatı baldiza aid hakisda