"Kişilər qadınlardan sui-istifadə edirlər" - Səidə Sultan
Müğənni Səidə Sultan kişilərlə bağlı tənqidlər səsləndirib.
Axşam.az-ın məlumatına görə, sənətçi "Xüsusi layihə" proqramında bildirib ki, kişilər hər zaman qadınlardan istifadə etməyə çalışırlar:
"Kişinin xanıma qarşı münasibəti ciddi olmalıdır. Qeyri-ciddidirsə, bunu deməlidir. İndiki dövrdə kişilər qadınlardan sui-istifadə edirlər. Çox qızlar evlilik adı ilə görüşürlər və sonda oğlan deyir ki, bağışla, məni evdən başqası ilə evləndirirlər.
Heç vaxt ailə qurmaq həvəsində olmamışam, bunu önəmli saymamışam. Bacılarım evlənəndən sonra ailə mənim üçün maraqlı olmağa başladı. Arzu etmişəm ki, sevdiyim birinə ərə gedim.
Düzdür, mənimlə evlənmək istəyənlər olurdu, lakin onlara qarşı bir hissim yaranmırdı. Alan məni olduğum kimi qəbul edəcək. Haqqımda pis danışanların özləri işlərini gizli görürlər. Bəlkə də, onların elədiklərinə ağzı açıq baxaram. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin