Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir

Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidirBu qeyri-adi tərəvəzin adı "bamiyə" dir. Bamiyənin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
Tərəvəz çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində C, A, K, B6, B9 (fol turşusu) kimi vitaminlər, kalsium, dəmir, maqnezium, zülallar və s. faydalı maddələr var.
Bamiyənin dadı qulançar və badımcanın dadını xatırladır. Bamiyəni bişirmək, salatlara, suplara əlavə etmək olar. Tərəvəzin çox xoş dadı var.
Fol turşusu ilə zəngin olan bamiyə hamilə qadınlar üçün xüsusilə faydalıdır. Fol turşusu dölün sinir sisteminin normal inkişafı üçün xüsusilə vacibdir. Bu bütün dünyada təsdiq olunmuş elmi faktdır.
Bamiyə azkalorili tərəvəzdir. Onu tez-tez "diyetoloqun arzusu" adlandırırlar. Tərəvəzin kaloriləri azdır, lakin orqanizm üçün faydası çoxdur.
Bamiyə zəiflənmiş və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün də faydalıdır.
Bamiyə bəzi göz xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün müalicəvi qida kimi istifadə olunur.
Bamiyə mədə-bağırsaq sisteminə müsbət təsir edir, bağırsaqları toksinlərdən və şlaklardan təmizləyir. Bamiyə qəbizliklə mübarizə etməyə kömək edir, xora xəstəliyi zamanı xeyirlidir, düz bağırsaq xərçənginin qarşısını almağa kömək edir.
Bamiyə qanda şəkəri və xolesterini aşağı salır. Bu səbəbdən bu tərəvəz şəkərli diabet və aterosklerozun profilaktikası üçün faydalıdır.
Bəzi araşdırmalar göstərir ki, bamiyə potensiya problemləri olan kişilərə yaxşı kömək edir.
Depressiya, stress, xroniki yorğunluq sindromu, ağır fiziki gərginliklər zamanı bamiyə çox faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1794   Tarix: 09 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

qaşların formalari yay geyimləri 2026 kosmetoloq toy dəbi hakışta sözləri yaz yay 2026 yumurta ile uz maskalari kosmetika rəksanə insan ekizler hakisdalar aybawi