Kişilərdə klimaks dövrü

Kişilərdə klimaks dövrüBiz adətən qadınlarda klimaks haqqında eşitmişdik. Çox vaxt da məhz bu barədə söhbətlər aparılır. Xəbəriniz olsun ki, hər zaman qadınlarla əlaqələndirilən klimaks tamamilə fərqli xüsusiyyətləri ilə kişilərdə də baş verir. Bəs görəsən kişi klimaksı nədir? Bu barədə bizə geniş məlumat verən tanınmış tibbi ekspert, uro-androloq, Kliniki Tibbi Mərkəzin həkimi Rauf Rzayevin sözlərinə görə qadınlardan fərqli olaraq kişi klimaksı yaşa dolduqca tədricən baş verir: "13-14 yaşlarında başlayan cinsi fəaliyyət çoxlarına elə gəlir ki, tükənməyəcək, ölənəcən davam edəcək. Lakin bu heç də belə deyil. Qadınlarda klimaks necə ki, seksual həyatın sönməsi ilə xarakterizə olunur. Kişilərdə də buna oxşar bir vəziyyət yaranır. Buna kişi klimaksı deyirlər. Bilirsiniz ki, testesteron deyilən kişi cinsiyyət hormonu vardır.Yaşlananda testesteronun miqdarı azalır və kişilərdə klimakterik perioda oxşar cinsi fəaliyyətin sönməsi baş verir. Kişi klimaksı, yəni kişilərdə cinsi fəaliyyətin sönməsi normal kişilərdə olur və qeyd etdiyim kimi yaşlı kişilərdə olur. Bunu cavan kişilərdə bəzən rast gəlinən cinsi zəifliklə qarışdırmaq olmaz. Çünki cavan adamlarda rast gəlinən testesteronun aşağı düşməsinin, cinsi həvəsin və potensianın zəifləməsi başqa səbəblərdən baş verir. Erektil disfunksiya damar mənşəli, venoz mənşəli, arterial mənşəli olur.Yaxud prostatın adenoması, digər orqanların xəstəlikləri, psixoloji cinsi zəiflik və sairə kimi səbəblərdən, patoloji hallardan irəli gəlir. Bu artıq xəstəlikdir. Kişi klimaksı isə xəstəlik deyil, normal, təbii bir fizioloji haldır.Yəni heç bir xəstəliyi yoxdur, ancaq cinsi fəaliyyəti zəifdir."

Kişi klimaksı zamanı...

Həkim-ekspert izah etdi ki, kişi klimaksı zamanı testesteron ifrazı azalır: " Testesteron qəbul edən mişen hüceyrələrinin, hədəf hüceyrələrinin zəifləməsi baş verir. Hesab edin ki, testesteron bir ox kimi hədəfdən çıxdı. Testesteron hələ potensiya demək deyil. Testesteron digər hüceyrələr tərəfindən qəbul edilib dihidrotestesteron daha aktiv formaya çevrilməlidir ki, potensiya formalaşsın. Testesteron ifraz edən hüceyrələrin zəifləməsi və testesteron qəbul edən hüceyrələrin zəifləməsi mexanizmii özünü göstərir. Kişi klimaksı kişinin qadına olan cinsi həvəsinin, libidonun get-gedə zəifləməsi və itməsidir.Kişilərdə klimaks cinsiyyət vəzilərinin funksiyalarının itməsi ilə keçir. Klimakterik nevroz kişilərdə ürək-damar sistemi, sinir sistemi və psixikada, cinsiyyət orqanları, sidik, həm də endokrin sistemində pozulmalarla keçə bilər. Kişilərdə klimaks 45-60 yaşlar arasında baş verir. Klimakterik nevroz isə kişilərin 10-20 %-də müşahidə edilir."

Kişi klimaksını sürətləndirən faktorlar

Kişilərdə yaşlandıqca cinsi potensiyanın zəifləməsi və tamamilə itməsi normal fizioloji bir vəziyyətdir. Hələ qədimdən bəri Şərqdə təbiblər, şairlər, mütəfəkkirlər bu mövzuya tez-tez toxunublar. Bu haqda Ömər Xəyyamın şerlərində, Sədi Şirazinin də rəvayətlərində ibrətamiz və maraqlı fikirlərə rast gəlinir.Keçmişdə qudrətli padşahlar, varlı kişilər bu vəziyyətlə barışmaq istəmir və dərdlərinə dəva axtarırdılar. Bu işdə ən "ən çox uğur qazanan" hökmdarlara misal olaraq ötən əsrdə uzun müddət Çin Komunist Partiyasının sədri və bu ölkəninn rəhbəri olmuş Mao Tseodunu göstərmək olar. Çin təbabətinin bütün gücünü səfərbər etdirən bu "Qoca şorgöz" hətta ömrünün ahıl çağlarında da seksual ehtiras və potensiyasını qoruyub saxlaya bilmişdi.

Rauf Rzayevin də vurğuladı ki, kişi klimaksını tezləşdirmək və ya vaxtını uzatmaq olar: "Qoca vaxtı cinsi potensiyanı saxlamaq, kişi klimaksını uzatmaq mümkündür. Hər bir kişi öz həyat tərzini, iş rejimini, qidalanmasını, istirahətini elə qurmalıdır ki, bu klimaksın dövrü uzaq olsun, klimaks bizi tez haqlamasın. Təbii ki, qadının kişiyə olan münasibətinin də böyük rolu var.Yəni kişi klimaksını sürətləndirən və onu yaxınlaşdıran amıllər var.Bilirsiniz ki, normal insan anadan olanda xəstəliksiz doğulur. Biz xəstəlikləri yaşa dolduqca qidalanmadan və stressdən qazanırıq. Hər hansı bir kişinin işində stress varsa, qidalanmada pozğunluq varsa, istirahət rejimi yoxdursa təbii ki, cinsi fəaliyyəti vaxtından əvvəl sönəcək. Kişi klimaksının sürətləndirən amillərdən biri də qadın-kişi münasibətlərində problemlərin olmasıdır. Kişini kişi eləyən də qadındır, onu kişi olaraq zəiflədən də qadındır. Müasir seksologiyada da belə bir yanaşma var ki, kişinin kişi funksiyasının güzgüdə görüntüsü qadındır. Kişidə getdikcə özünü göstərən cinsi zəifliyi qadın necə qarşılayacaq? Qadının bir sözü normal kişini kişilikdən sala bilər. Mövcud durumu qadın aqressiv də qarşılaya bilər, anlayışla, xoş niyyətlə də qarşılaya bilər. Qadın vəziyyəti xoş qarşılayırsa kişiyə kömək eləmiş olur. Aqressiv qarşılayarsa birdəfəlik məsələyə son qoymuş olur. Kişidə cinsi zəifliyin formalaşmasında qadının da 50 % rolu var. Kişi klimaksının sürətləndirən faktorlar sırasına müasir dövrdə elmin, texnikanın inkişafı ilə bağlıdır. Bu gün hər şey az qala təbii yolundan çıxıb. Hər şey süniləşir.Fiziki işin rolu azalır. Bütün işlər aparatlarla, cihazlarla yerinə yetirilir. İnsan fiziki işlə məşğul olmursa orqanizmdə dürğunluqlar başlayır. Bundan əlavə qidalanmada süni amillərin rolu artır. Qidamıza geni dəyişdirilmiş məhsullar daxil olur. Hormonlarla yetişdirilmiş qidaların qəbulu nəinki respublikamızda, hətta bütün dünyada genişlənir. Bunlar da orqanizmə daxil olanda testesteron və estradiol balansı pozulur. Kişi orqanizmində 1 testesteron 10 estradiol nisbətindədir.Qadın orqanizmində isə 10 estradiol 1 testesteron nisbətindədir. Hormonal qidaların qəbulu da kişilərdə normal hormonal nisbəti pozmaqla kişi klimaksını sürətləndirir."

Peşə xəstəlikləri də kişi klimaksını tezləşdirir

Rauf doktor əlavə etdi ki, durğun həyat tərzi və stressin çox olduğu peşələrlə məşğul olan şəxslərdə kişi klimaksı sürətlənmiş olur: "Elə sənətlər, peşələr var ki, orada az hərəkətlilik, habelə əsəbilik, stresslər çox olur. Bu isə özlüyündə zərərli nəticə verir."

İdmançıların anaboliklər qəbul etməsi testesteron balansını pozur

İdmançılar normal qayda ilə idmanla məşğul olursa, öz əzələlərini şişirtmək üçün anaboliklərdən istifadə etmirlərsə, problem yoxdur.Əksinə idman insanı formada saxlayır, cinsi fəaliyyətə təkan verir. Ancaq anabolik qəbul edən idmançılar, xüsusən kulturizmlə məşğul olanlarda testesteron balansı get-gedə zəifləyir. Bu sözləri deyən androloq-uroloq ekspertin fikrincə bir müddətdən sonra anabolik istifadə olunmursa, orqanizm testesteronsuz qalacaq. Belə kişilərdə kişi funksiyaları getdikcə zəifləyir və kişi klimaksı tez baş verir.

Həkim vurğuladı ki, testesteron balansının pozulması həll edilə bilən bir problemdir. Sadəcə cinsi vəziləri qıcıqlandırmaq lazımdır ki. testesteronu çox ifraz etsin. Təbii ki, xəstə müayinədən keçəcək. Yoxlamaq lazımdır ki, orqanik bir problem varmı, yoxsa yox. Sərbəst testesteron yoxlanılır, prostat yoxlanılır, xayalar, infeksiyalar müayinə olunur. Habelə pasientin psixoloji durumu nəzərdən keçirilir. Damarlar doppler olunur. Cinsi fəaliyyət nədən korlanıbsa, onun səbəbi aşkar olunur. Müəyyən edirik ki, cinsi fəaliyyət niyə zəifdir."

Hansı dərmanlar kişi klimaksını sürətləndirir?

İlk növbədə şəkərli diabet, habelə müxtəlif kardioloji və nevroloji problemləri olan xəstələr kişi klimaksını tezləşdirir: "Kardioloji xəstələr ömür boyu çox vaxt kardioloji dərmanlar qəbul etməli olurlar. Bu preparatlar da öz növbəsində kişi klimaksını sürətləndirir.Yəni bu dərmanlar cinsi fəaliyyəti azaldır, başqa sözlə erektil disfunksiya yaradırlar. Uzun müddət qəbul edilən bəzi kardioloji preparatlar bu qəbildəndir.Ancaq bərpa oluna bilən erektil disfunksiyadır.

Azərbaycanda digər ölkələrə nisbətən kişi klimaksı gec baş verir

Həmsöhbətimizin qənaətincə cinsi fəaliyyətə iqlim faktoru da ciddi təsir göstərir. Kişi klimaksının hansı zonada tez və ya gec olması maraq doğurur: "Şimalda, soyuq ölkələrdə daha tez baş verir. Şərq ölkələrində o cümlədən Azərbaycanda isti iqlim olduğu üçün kişi klimaksı gec baş verir. Lakin yuxarıda sadaladığım müasir risk faktorlar təbiətin bizə verdiyi xüsusiyyətləri zəiflədir.Yəni bu sadəcə iqlimin verdiyi üstünlükdür....."

Kişilərə məsləhət...

Rauf Rzayev sonda hesab etdi ki, yaxşı olardı bütün kişilər heç bir problem olmasa da ildə iki dəfə, və yaxud heç olmazsa 1 dəfə uro-androloji müayinədən keçsinlər: "Öz kişilik funksiyalarının uzun müddətli olmasını istəyirlərsə bu məsləhətə əməl etməlidirlər. Normal kişilik funksiyası varsa, həmin kişinin hər şeyi var. Fikrimcə seksual potensiyası qaydasında olan kişi ən varlı kişidir. Məhz bu var-dövləti qorumaq üçün ildə iki dəfə uro-androloji chek-up müayinəsi məsləhətdir. Hər hansı bir problem varsa, bu aradan qaldırılmalıdır. Hər öz həyatı boyu yeyib-içir, stresslərə məruz qalır. Bədənimizdə sərbəst radikallar olur. Sərbəst radikallar kişi klimaksına doğru aparır.Heç bir şikayətimiz olmasa belə sərbəst radikallara qarşı antioksidant deyilən müalicə almalıdır. Orqanizmi sərbəst radikallardan təmizləmək lazımdır.Sərbəst radikallara qarşı müalicəvi qidalar da vardır. Antioksidant müalicə aldığımız zaman kişilik funksiyasını bərpa etməklə yanaşı, həm də insan cavan qalır, digər xəstəliklərdən də qorunmuş oluruq....."

Sağlamlıq     Baxılıb: 14274   Tarix: 17 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

reseptler kosmetik vasiteler gozel gorunmek zirinc haqqinda qonag otagi dizayni sifahi xalq ədəbiyyatı növləri 2026 geyim kolleksiyasi kosmetika ağır itki burcler arxadan olmag nizami gencevi gozellik