Kişiləri əsəbləşdirəcək XƏBƏR: Uşağa daha çox gen anadan keçir

Kişiləri əsəbləşdirəcək XƏBƏR: Uşağa daha çox gen anadan keçir"Yəhudilər genofond məsələsində ana xəttinə daha çox üstünlük verirlər. Yəni anası yəhudi olmayanı onlar özlərindən hesab etmir. Əslində bunun elmi əsası var".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasında yeni yaradılmış Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda genomun quruluşu və ekspedisiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bildirib.
O bildirib ki, hüceyrənin daxilində nüvə genomundan başqa mitoxondri genomu da var. Bu, hüceyrənin enerji mənbəyidir. Çünki orqanizm üçün lazım olan ATF enerjisi orada formalaşır: "Bu isə yalnız ananın yumurta hüceyrəsi ilə gələcək nəslə ötürülür. Spermatozoiddə mitoxondri toplanan quyruq hissəsi mayalanmada iştirak etmir, qırılıb qalır çöldə. Ona görə də deyə bilərik ki, gələcək nəslə daha çox gen anadan keçir. Çünki hamımızın mitoxondri genomumuz ana xəttimizdən gəlir. Bunun özü də elə bil ki, təbiət tərəfindən verilən bir siqnaldır. Bu məsələ məhkəmə tibbi ekspertizasında da xüsusi rol oynayır. İnsanın ana xətti ilə qohumluğunu bu vasitə ilə müəyyənləşdirmək çox asanlaşır. Mən özüm də uzun müddətdir ekspert kimi işləyirəm. Mübahisəli atalıq və analıq məsələlərini beləcə rahat müəyyənləşdirmək mümkündür".
Milli.Az lent.az-a istinadən bildirir ki, Ə.Məmmədov genofond məsələsində daha çox qadınların iştirak etdiyini vurğulayır. Onun sözlərinə görə, əgər məsələyə genlərin sayı baxımından yanaşsaq təbii ki, qadınların rolu böyükdür. Analardan övlada daha çox gen verilir:  "İdman genetikası deyilən elm sahəsi çoxdan inkişaf edib. Biz də Azərbaycanda bu istiqamətdə yeni nələrsə etməyə çalışırıq. Əsasən sürət, dözümlülük, güc məsələsinə diqqət yetirilir. Bu üç keyfiyyəti formalaşdıran ayrıca genlər var. Hələ mikrobiologiyanın inkişafından əvvəl elmdə ata və anası idmanda nailiyyət göstərən idmançılarla, valideynlərindən yalnız biri idmançı olan və heç biri idmançı olmayanları müqayisə ediblər. Müəyyən edilib ki, 1-ci variantdakı cütlüklərin övladları o birilərinə nisbətən 70 faiz üstünlüyə malikdir. Hətta bu uşaqlar valideynlərindən də yüksək nəticələr əldə edə bilirlər. Yəni hibrid həmişə valideynə nisbətən daha güclü olur. Sağlam genlər bir genomda cəmləşir və nəticə daha da yüksək olur".
Mütəxəssis ölkədə xüsusi qabiliyyəti olan insanların, Azərbaycanın tarixində öz sözünü demiş şəxslərin nəsillərinə genlərinin sıradan çıxmaması üçün daha diqqətlə yanaşmaq mövzusuna da toxunub: "Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, hətta spermasını saxlayıblar. Yəni bu görkəmli insanların genlərini o ehtimalla saxlayıblar ki, nə vaxtsa onlar klonlaşdırılacaq. Bu, bir neçə il əvvəl daha geniş vüsət almışdı. Təbii ki, lazımlı hesab etdiyimiz insanların genomu dediyimiz xromosomlarını dondurub saxlamaq mümkündür. Bu, artıq çoxlarına məlumdur ki, bəzi zəngin insanlar sağalmaz xəstəliyə yaxalanıblar deyə, özlərini dondurub saxlatdırıblar ki, həmin xəstəliklərin müalicəsi tapılan vaxt onları ayıltsınlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2275   Tarix: 22 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

yay kolleksiyasi kosmetika mehsullari həkim məsləhəti ərzaqlar hicab baglamaq usullari dərmanlar müxtəlif kosmetika azerb clpaq qadinlari burclerin uyumu olumu brusell bakteriyası nagillar