Kişiləri yataqda öldürən "Viaqra"nın təhlükəli təsirləri…

Kişiləri yataqda öldürən "Viaqra"nın təhlükəli təsirləri…Qeyd edək ki, son illərdə ölkəmizdə "Viaqra"dan dünyasını dəyşilənlərin sayı durmadan artmaqdadır. Məsələn, bu ilin yanvar ayında Bakının nüfuzlu otellərinin birində 1962-ci il təvəllüdlü ərəb turist Məsfər Oman Əlbillahi "Viaqra" qəbul etdiyi üçün ürək tutmasından dünyasını dəyişmişdi. Bir neçə il öncə isə Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün də ölümünə səbəb analoji dərmandan istifadə etməsi olmuşdu.
Bəs, "Viaqra" nədir? Kimlər belə dərmanlardan istifadə edə bilərlər?
Milli.Az azertibb.az-a istinadən bildirir ki, dünyada ən çox satılma üzrə rekord vuran "Viaqra" ilk dəfə 1998-ci ildə ABŞ-da hazırlanıb. İlk vaxtlar bu dərman tamamilə başqa məqsədlə - ürək anginasının müalicəsi üçün nəzərdə tutulub. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu.
Onun istehsalçısı olan "Pfizer" şirkəti hətta az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər vermişdilər ki, bu dərmanın başqa, indi hamıya məlum olan effekti də var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.
Ekspertlərin sözlərinə görə, "Viaqra" tipli dərmanlar cinsi istəyi artırmır, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırır. Onlar psixoloji cinsi zəiflikdə çox vaxt bu cür dərmanları tövsiyə edirlər. Çünki bu həblərin təsiri istifadə edən şəxsin özünə olan güvənini gücləndirir və cinsi əlaqənin keyfiyyətini artırır. İstifadəsinə gəldikdə isə, ekspertlər bu tip dərmanları yalnız 4-5 dəfə içməyi tövsiyə edirlər.
Araşdırmalar onu göstərir ki, təxminən 10 il əvvəllə müqayisədə, hazırda cinsi həvəsi artıran dərmanlara tələbat çoxalıb. Artıq iş o yerə çatıb ki, adi şəxslər belə, bu cür dərmanları həkim məsləhəti olmadan da xaricdən onlayn sifariş edib, qapılarına qədər gətizdirə bilirlər. Bu da əksər hallarda ürək-damar xəstəliklərinə, infarkta səbəb olur. Son vaxtlar kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da böyük rolunun olduğu bildirilir. Ən yaxşı halda, bu cür dərmanların qəbulundan sonra insanda baş gicəllənməsi, ürək bulanması, huşunu itirmə kimi hallar yaranır.
Ölkəmizdə "Viaqra" tipli dərmanlar qeydiyyatdan keçib və hər kəs çox asanlıqla bu dərmanları əldə edə bilir. İki il öncə Tarif Şurası bu tip dərmanların qiymətini artırdı. Belə ki, pərakəndə satılan "Viaqra", "Kamagra", "Kanvertan", "Venegra", "Vizarsin" kimi bu kateqoriyadan olan preparatların tərkibindən və istehsal olunduqları ölkələrdən asılı olaraq, qiymətləri 4-333 manat arasında dəyişir.
Məsələn, Fransanın "FAYZER PGM" şirkətinin istehsal etdiyi "Viaqra" dərmanı Bakıda 332 manat 90 qəpiyə satılır. Misir istehsalı olan "Venegra" isə 3 manat 88 qəpikdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2327   Tarix: 11 fevral 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

hamilelikde qidalanma toy gecesi gözəllik məhsulları kişi geyimləri 2026 qizil sozler həkim məsləhəti oxu zalı kosmetika atalar sozleri xerçeng paxlava dolca nagillar