Kişilərin doğuş zamanı qadınlarının yanlarında olmalarının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?

Kişilərin doğuş zamanı qadınlarının yanlarında olmalarının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?Doğmaq, övlad sahibi olmaq hər bir qadının həyatında ən mühüm hadisə sayılır. Bunun səbəbi isə qadının dünyaya insan gəirməsidir. Son illərdə bu hadisəni görmək və sevdiyi qadının doğuş zamanı yanında olmaq kişilər arasında dəb halı alıb. Bəs doğuş zamanı ərlərin öz qadınlarının yanlarında olmalar normaldırmı?
Doğuş zamanı kişilərin qadınların yanında olmalarının müsbət cəhətləri.
Bir çox qadınlar hamiləlik zamanı ərlərinin qayğısını daima hiss etmək istyirlər. Belə qadınlar USM-ə gedərkən, həkim müayinəsində olarkən, doğulacaq uşağa paltar seçərkən ərlərinin onların yanında olmalarından xoşlanırlar. Sonda isə belə qadınların arzusu ərlərinin doğum zamanı onların yanlarında olmaları olur. Bu qadınlar doğuş zamanı ərlərinin yanlarında olmalarını özləri üçün dəstək hesab edirlər.
Mütəxəsislər kişilərin hamiləlik zamanı öz qadınlarının yanlarında olmalarını normal hal və yaxşı dəstək hesab edirlər. Amma bəzi mütəxəssislər doğuş zamanı ərlərin kənardan dəstək olmalarını daha məqsədəuyğun sayırlar. Mütəxəssislər doğuş zamanı qadının, ərinin dediyi sözlərə deyil, həkimin dediklərinə ehtiyacları olduğunu deyirlər. Doğuş zamanı qadnların fikirləri ərlərində deyil, mamaçada və doğumu idarə edən həkimdə olmalıdır.
Kişilərin doğuş zamanı qadınlarının yanında olmalarının müsbət cəhətləri
Bu prosesə kişilərin gözü ilə baxaq. Əslində kişilər doğuş zamanı öz qadınlarının əzəb çəkdiklərini görsələr narahatlıq hissi keçirəcəklər. Doğuş sancıları və sancılar səbəbindən meydana çıxan ağrılar kişilər tərəfindən çətin qəbul edilir. Belə ki, bu zaman kişilərin qadınlardan daha zəif olmaları meydana çıxır. Bəzi mütəxəssislər kişilərin bu səhnəni görən zaman qadınlarına qarşı daha çox qayğıkeş yanaşacaqlarını söyləyirlər.
Bəzi mütəxəssislər isə kişilərin dünyaya gələn anda övladlarını qucaqlarına almalarını kişilər üçün xoşbəxtlik olduğunu qeyd edirlər. Onlar bu zaman ataların öz övladlarını daha çox sevəcəklərinə inanırlar.
Doğuşda kişilərin iştirak etməsinin mənfi cəhətləri
Mütəxəssislər bunun mənfi cəhətləri də olduğunu söyləyirlər. Belə ki, bəzi mütəxəssislər doğuşda iştirak edən kişilərin doğuşdan sonra stress yaşadıqlarını qeyd edirlər. Doğuş prosesi kişilərin psixikasına yara aça bilir.
Bəzən isə doğuş prosesini görən ər gənc ananı yaşlı qadın hesab edir. Doğuş zamanı əzab çəkən qadınını görən bəzi kişilər öz xanımlarına sevgili kimi yox, uşağınının anası kimi yanaşır. Hətta, doğuşda iştirak edib, bu səhnəni gördükdən sonra arvadını boşayan kişilərə də rast gəlinir.
Bəzən qadınların razı olmadıqlarına baxmayaraq doğuşda iştirak etmək istəyən kişilərə də rast gəlmək mümkündür. Psixoloqlar isə qadınları ərlərini doğuşda iştirak etmək üçün təhrik etdikdə onları 2 dəfə düşünməyə səsləyir. Çünki, kişinin doğuşda iştirak etməsi həm qadının xeyrinə, həm də zərərinə ola bilər.
Hər 2 halda biz bütün qadınlara asan doğuş və sağlam ailə arzulayırıq!
Milli.Az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 04 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli adlarin menasi toy makiyaji sekilleri makiyaj sirləri yemək resepti fitnes və pəhriz hamilə qala bilmək kosmetika gəncə yumurta birlik haqqinda maraqli hakistalar vetene aid atalar sozleri