Kişilərin üz dərisi üçün qulluq maskaları

Kişilərin üz dərisi üçün qulluq maskalarıKişilərin üz dərisi üçün qulluq maskaları

Hər dəfə mövzularımızda qadınlarımızın üz dərisi üçün faydalı masklara təqdim edirdik, bu dəfə isə tam fərqli kişiləri nəzərə almışıq.Kişilərin üz dərisi üçün faydalı maskaları araşdırmışıq.Həmin maska reseptlərini sizlərə təqdim edirik.

Kişilər nə qədər çalışsa da üzlərinə qulluğa 10 dəqiqədən artıq vaxt ayırmayacaqlar. Bu zaman kəsiyi üz dərisini normaya gətirməyə tam kifayətdir. Ən sadə üsul kişilərə uyğun üz üçün maskalardır.

Kişilərin üz dərilərinə qulluq yumaq və üz qırxmaq ilə məhdutlaşmamalıdır. Həmçinin nəmləndirmək, qidalandırmaq və qorumaq lazımdır.

Lakin kişilər var ki, öz görkəmlərinə fikir verirlər və bu tip kişilər üçün çoxlu maska reseptləri vardır. Bir çox kişi maskaları qadın maskalarından fərqlənmir. Bəlkə, qadınlarda olduğu kimi eyni effekti verməsə də, bu maskalar nəmləndirir və tonuslaşdırır.

Kişilər üçün ən effektiv üz maskaları:

– Yağlı dərilər üçün maska. 1 pomidor püresinə 1 çay qaşığı limon suyu və 1 xörək qaşığı yulaf yarmasını qarışdırın və üzünüzə vurun, 10 dəqiqədən sonra su ilə yuyun.

– Gildən maska yorğunluğu aparır, dərini cavanlaşdırır və üz dərisində məsamələri təmizləyir. Gili suya tökürük və tam həll olunmasını gözləyirik. Aloye, bal, 1 yumurta sarısını əlavə edin. Qarışımı üzünüzə vurun, 10 dəqiqəyə yuyun və nəticə ilə fərəhlənin.

– 2 xörək qaşığı yoqurtu 1 xörək qaşığı bal ilə qarışdırın və 1 banan püresini əlavə edin və qarışımı üzünüzə vurun. 10 dəqiqədən sonra soyuq su ilə yuyun.

– Quru dəri üçün badam maskası. 1 xörək qaşığı badam yağı və 1 yumurtadan alınmış qarışımı üzünüzdə 10 dəqiqə saxlayandan sonra soyuq su ilə yuyun.

– Sadə kişi üzü üçün maska: 2 xörək qaşığı balı 2 xörək qaşığı süd ilə qarışdırın. Maskanı üzə çəkdiyinizdən 10 dəqiqə sonra yuyun.

– Üz quruluğundan azad olmağın effktiv yolu: yem buğdası və sudan qatı məcun hazırlayın. Məcunu üzə sürtüb 15 dəqiqədən sonra soyuq su ilə yuyun.

Yorğunluğu 10 dəqiqəyə götürən üz maskası.

– Ananas, banan və çiyələk püresini qarışdırın. Üzünüzdə qarışımı 10 dəqiqə saxladıqdan sonra dərinizi hamarlaşdırır və yumuşaldır.

Kişi maskaları qadın maskaları qədər yayılmış olmasa da, onlara olan təlabat elə də kiçik deyildir. Kişilər artıq xarici görünüşlərinə fikir verirlər və "meymundan bir az yaraşıqlı" fikri ilə heç də razı deyillər. Əgər maska hazırlamağa vaxt yoxdursa bunu sizin əvəzinizə yoldaşınız edəa bilər, ya da apteklərdə artıq hazır maskaları əldə edə bilərsiz. Üzünüzə müxtəlif maskalar tətbiq etməklə üz dərinizi müalicə etmiş olacaqsınız.

Gözəllik və Moda     Baxılıb: 4003   Tarix: 27 yanvar 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi sac duzumleri qəlyanaltı reseptləri artiq cekiden azad olmaq qan qruplari haqqinda melumat haxışta kosmetika novruz bayrami qizliq perdesi oğlaq vidyolar burclər