Kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir, əslində...

Kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir, əslində...Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar.

"Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir." kəlməsi hər xanımın qulağında sırğa kimidir. İşdən gələn kişinin qulluğunda dayanan azəri xanımı da daim dadlı yeməkləriylə onun qəlbini fəth etmək istəyir. Əgər evə kişinin qonağı gəlirsə, məsuliyyət birə-beş artır. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı. Rus mütəxəssislərinin fikrincə kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir. "Pravda" qəzetində nümayiş olunan bir xəbərə görə, eşqbaz və seks düşkünü olduqları zənn edilən kişilərin heç də elə olmadıqları faktlarla izah edilib.

Rusiyanın məşhur qəzeti Pravda, kişilər haqda deyilən 10 səhvi açıqladı. Xəbərdə "Kişilərin yalançı olduqları və yalnız seks düşündükləri doğru deyil" mesajı verildi. Onlar kişilər haqda deyilən "10 düz və 10 yanlış xüsusiyyətlər"ə aydınlıq gətirdilər.

1. Bir kişinin ürəyinə gedən yol mədəsindən keçər. Yemək onlar üçün əhəmiyyətlidir.

Müasir kişilər qadında yaxşı yemək bişirməkdən daha çox başqa şeylər axtarır. Əslində yumurtayla belə xoşbəxt ola bilirlər!

2. İlk addım həmişə kişidən gözlənilər. Kişilər hərəkətə keçməyi xoşlayır.

Əgər söhbət qarşı cinsdən gedirsə kişilər əksinə çox utancaq davranırlar.. Bir kişinin ilk addım atması, əslində onun üçün heç də asan deyil.

3. Kişilər aşiq ola bilməz, onlar üçün seks həmişə eşqdən əvvəl gəlir.

Mütəxəssislər kişilərin 90 faizinin eşqə inandığını söyləyirlər. Yalnız eşqlə birlikdə ehtiras da axtarırlar.

4. Kişilər üçün əhəmiyyətli olan qadınların xarici gözəlliyidir. Çirkinliyə mükafat verməzlər.

Kişilərin çoxu qadınların xarici gözəlliyindən təsirlənir, lakin seksapil və cazibədarlıq əsas göstərici deyil. Hər qadın diqqətli davransa istədiyi kişinin marağını çəkə bilər.

5. Kişilər açıq sözlü və səmimidir.

Bu əslində belə deyil. Kişilər bir az sirrli qalmağı və qadınların da sirrli tərəflərinin olmasına üstünlük verirlər.

6. Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar.

Mütəxəssislər bunun yalnız acı çəkməkdən xoşlanan kişiləri xoşbəxt etdiyini bildirirlər. Bir kişiylə həddindən çox pis davransanız əmin olun ki, onu itirəcəksiniz.

7. Kişilər yataqda yalnız öz zövqlərini və orqazmlarını düşünür.

Bu ümumiyyətlə qadını təmin edə bilməyən kişilər üçün söz mövzusudur. Hər bir normal kişi qadınını razı salmaq istəyir. Həmçinin burada başqa psixoloji məqam da var. Hər bir kişi qadın üçün yeganə və əvəzedilməz olmaq arzusundadır.

8. Güclü kişilər yaşadıqları mənfiliklərdən şikayət etməz və ağlamazlar.

Mütəxəssislər bu düşüncənin tamamilə səhv olduğunu bildirirlər. Psixoloqlar kişilərin ağlaya biləcəyini və problemlərlə qarşılaşacağı halda şikayət etdiyini normal hesab edirlər.

9. Gerçək bir kişi nə istədiyini yaxşı bilir!

Kişi robot deyil; onun da hissləri və qayğıları ola bilər. Yalnız kişi olduğu üçün səhv etməməsini gözləmək heç də düzgün deyil. Hər insan kimi o da səhv edə bilər.

10.Bütün kişilər ürəksizdir...

Kişilər əslində qadınlara nisbətən daha çox romantikdir (təbii ki, hamısı yox). Lakin cəmiyyət içində duyğularını nümayiş etdirməyi xoşlamırlar. Romantik olsalar belə, səhv başa düşüləcəklərindən ehtiyat edirlər.

/azadqadin.az

Maraqlı     Baxılıb: 4079   Tarix: 22 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

yay geyimləri 2026 sade makiyaj sekilleri geyim necə seçməli ana südü artırmaq hamiləlikdə dərslər yay kolleksiyasi kosmetika qiz evi ucun qz eviyçun hakışta sanamalar brusell bakteriyası qiz evi