Kitabi - Dədə Qorqud

Kitabi - Dədə Qorqud"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı - Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər)
Ənənəyə görə, Kitabi Dədə Qorqudda dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Dastanların əsas süjeti on iki boyda əks olunmuşdur.
Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Azərbaycan MEA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.
Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.

Maraqlı     Baxılıb: 6242   Tarix: 02 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler geyim şəkilləri elm haqqinda atalar sozu vaginal quruluq berguzar korel aybaşı sikli kosmetika xanım az nizami gencevi orqazm azerbaycanli is adami amerikada gullelendi vətən həsrətinə aid bayatılar