Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat
Yeni tədris ili valideynlərin qayğılarını artıb.
Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onların yüksək nəticə toplaması və ali məktəbə qəbul olmasıdır.
Abituriyentlər indi ya repititor yanına, ya da hazırlıq kurslarına göndərilir. Repititor və hazırlıq kurslarının qiymətləri də ötən illə müqayisədə artıb. Qiymətlər isə qrupdakı şagirdlərin sayından asılı olaraq dəyişir.
Fərdi qaydada repititor yanına getmək isə daha bahadır. Müəllimlər deyir ki, indi fərdi qaydada övladını hazırlığa qoyanların sayı elə də çox deyil. Bununla belə fərdi hazırlığın qiyməti 1 fənn üzrə 200-300 manat arasında dəyişir.
Repititorlarla yanaşı bəzi hazırlıq kurslarında da bu il qiymətlər artıb. Çəkiliş apardığımız hazırlıq kursunun rəhbəri Vüqar Məmmədov deyir ki, mərkəzdə fərdi qaydada abituriyent hazırlamırlar. Onlar dərsləri qurup halında, kompleks şəkildə tədris edirlər.
O da bildirildi ki, həm bəzi repititorlar, həm də hazırlıq kursları şəhid ailəsi üzvlərinə, sosial həssas kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər edirlər.
Daha ətraflı videoda:
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib