Kolbasa yeməyin, bu xəstəlikləri yaradır - Ekspertdən açıqlama

Kolbasa yeməyin, bu xəstəlikləri yaradır - Ekspertdən açıqlamaDaimi olaraq kolbasa və digər emal olunmuş ət məhsullarını yemək bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər, çünki bu məhsulların tərkibində yüksək miqdarda duz, doymuş yağlar, konservantlar və kanserogen maddələr mövcuddur.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Ağa Salmanov bildirib ki, bu cür məhsulların müntəzəm qəbulu ilk növbədə yoğun bağırsaq xərçəngi riskini artırır:
"Dünya Səhiyyə Təşkilatının məlumatına görə, gündəlik 50 qram emal olunmuş ət istehlakı xərçəng riskini 18% yüksəldir. Kolbasa kimi məhsullar həmçinin ürək-damar xəstəliklərinə, yüksək qan təzyiqinə və damar tıxanmasına səbəb ola bilər, çünki onların tərkibindəki natrium və doymuş yağlar bu riskləri artırır. Bundan əlavə, müntəzəm kolbasa qəbulu orqanizmdə çəki artımı, insulin müqaviməti və 2-ci tip şəkərli diabet kimi maddələr mübadiləsi pozuntularına gətirib çıxara bilər".
Ekspert bildirib ki, bəzi konservant və qatqılar uşaqlarda hiperaktivlik və diqqət pozuntusu kimi nevroloji problemlərə də səbəb ola bilər. Bu məhsullar həmçinin mədə-bağırsaq xəstəliklərinə, o cümlədən qastrit, mədə xorasına və hətta mədə xərçənginə də yol aça bilər. Mütəxəssislər tövsiyə edirlər ki, insanlar bu məhsulları gündəlik qidalanma rasionundan çıxarmalı, onların yerinə daha çox təbii və az işlənmiş qidalara üstünlük verməlidirlər. 
Aysel Əkbər
Milli.Az

Xəbərlər     Baxılıb: 1073   Tarix: 11 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

makiyaj etmek qaydalari adlarin menasi toy gecesi qırmızı xalça cinsi elaqe dəri xərçənginin əlamətləri yeni paltarlar 2026 kosmetika maraqlı maska balıq pizza ariqlamaq