Kompüter başında çox vaxt keçirənlər üçün gözləri qorumağın 7 yolu

Kompüter başında çox vaxt keçirənlər üçün gözləri qorumağın 7 yoluAraşdırmalar göstərib ki, müntəzəm olaraq kompüter və digər oxşar cihazlardan istifadə edən insanların 56 faizində rəqəmsal göz yorğunluğu əlamətləri müşahidə olunur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, simptomlara göz yorğunluğu və narahatlığı, gözlərdə quruluq, baş ağrıları, bulanıq görmə, boyun və çiyin ağrısı, gözlərin səyirməsi və göz qızartısı daxildir.
Bu simptomların qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etməlisiniz:
Əksolunmanı aradan qaldırın!
Divarlardan və cilalanmış səthlərdən əks olunan işıq, eləcə də kompüterinizin ekranındakı əksolunma da gözləri yora bilər. Bunun üçün ekranınıza parıltı əleyhinə filtr quraşdırmağı sınaya bilərsiniz.
Ekranın keyfiyyətini yüksəldin!
Köhnə CRT ekranlar kompüterin yaratdığı göz yorğunluğunun əsas səbəbi ola bilər. Bu cür ekranlarda nəzərə çarpmayan titrəmələr olur. Bunlar hiss olunmasa belə, kompüterdə işləyərkən gözlərin yorulmasına gətirib çıxarır. Monitorun yeniləmə tezliyi 75 Hertz-dən aşağı olarsa, titrəmə nəticəsində yaranan fəsadlar daha da çox olur.
Ekranın parlaqlığını tənzimləyin!
Ekranınızın parlaqlığını otaqdakı işıqla balanslaşdırmalısınız. Bu, ekran işığını ətrafdakı işığa ən yaxın səviyyəyə çatdırmaqla əldə edilir.
Xüsusilə uzun sənədləri oxuyarkən və ya hazırlayarkən rahatlıq üçün mətn ölçüsünü və kontrastı tənzimləməyi də unutmayın.
Ekranda mavi işığın da miqdarını azaldaraq göz problemlərini azalda bilərsiniz.
Tez-tez göz qırpın!
Tədqiqatlar göstərir ki, insanlar ekrana baxarkən daha az göz qırpırlar. Bu, normaldan üçdə bir nisbətində daha az baş verir. Gözü qoruyan göz yaşı gözün qırpılmadığı fazalarda daha tez buxarlanır, bu da göz quruluğuna səbəb olur. Bundan əlavə, əksər ofis mühitlərində hava qurudur və quru göz problemləri üçün əlverişli şərait yaradır.
Gözlərinizi məşq etdirin!
Daim ekrana fokuslanmaq gözlərinizi daha çox yora bilər. Bu riski azaltmaq üçün ən azı hər 20 dəqiqədən bir başqa tərəfə baxın və ən azı 20 saniyə uzaqdakı obyektə baxın. Bəzi oftalmoloqlar bunu "20-20-20 qaydası" adlandırırlar. Uzağa baxmaq yorğunluğu azaltmaq üçün gözün içərisindəki fokus əzələsini rahatlaşdırır.
Başqa bir məşq: uzaq bir obyektə 10-15 saniyə baxın və sonra yuxarıdakı bir nəsnəyə daha 10-15 saniyə baxın. Daha sonra yenidən uzaq obyektə baxın və bu prosesi 10 dəfə təkrarlayın.
Fasilə verin!
Göz problemlərini, eləcə də boyun, bel və çiyin ağrılarını azaltmaq üçün işləyərkən tez-tez fasilə verin. Bu fasilələr hər saatın əvvəlində ən azı 10 dəqiqə ola bilər. Bu fasilələr zamanı ayağa qalxın, hərəkət edin və gərginliyi, əzələ yorğunluğunu azaltmaq üçün qollarınızı, ayaqlarınızı, kürəyinizi, boynunuzu və çiyinlərinizi rahatlaşdırmağa çalışın.
Kompüter üçün eynəklərindən istifadə edin!
Maksimum rahatlıq üçün kompüterdən qoruyucu eynəklərdən istifadə edə bilərsiniz. Kompüter eynəkləri üçün bifokal linzalardan və ya proqresif linzalardan istifadə edirsinizsə, yanlış yoldasınız. Bu eynəklər ümumiyyətlə kompüterinizin ekranından olan məsafəyə uyğun gəlmir. Rəqəmsal cihazların yaydığı potensial zərərli mavi işığa məruz qalmağı azaltmaq üçün kompüterdə istifadə üçün fotoxrom linzalardan və ya bir qədər rənglənmiş linzalardan istifadə etməyə cəhd edə bilərsiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1625   Tarix: 07 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

hamiləlik geyim şəkilləri qadın geyimi suni usaq yemekleri quru deri ucun maska şəbəkə sənəti piroq reseptləri kosmetika novruz hakısdası arxadan olmag tapmacalar mekteb novruz bayramına aid bakışta