Kontakt və optik linzaların fərqi

Kontakt və optik linzaların fərqiQəlbin aynası olan gözlər görmə qabiliyyətinin əsas təminatçısıdır. Onların sağlamlığı və müdafiəsi hər kəs üçün zəruridir.
Milli.Az bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirovanın AZƏRTAC-a verdiyi məlumat görə, fərqlilik və gözəllik axtaran bir qrup insan dəyişiklik məqsədilə linzalardan istifadə etdiyi halda digər qrup görmə qabiliyyəti zəif olduğundan onlara ehtiyac duyur: "Müasir oftalmologiyada həm kontakt, həm də optik, yaxud intrakulyar linzalardan istifadə olunur. Gözlərin rəngini dəyişdiyi, parıltı verdiyi, eynəkləri əvəz etdiyi üçün onlara olan tələbat yüksəkdir. Eynək taxmağa kompleksi olanlar üçün də linzalardan istifadə etmək əlverişlidir. Kontakt linzalar buynuz qişanın ön səthinə qoyulur və xəstə onu çıxarıb taxa bilər. Lakin onlardan istifadə zamanı çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Əks halda sağlamlıq üçün ciddi təhlükə yarada bilər. İntrakulyar linza isə bulanmış bülluru əvəz edir və cərrah tərəfindən yerləşdirilir".
Onun dediyinə görə, estetik məqsədlə istifadə olunanlar kontakt, görmə qabiliyyəti üçün istifadə olunanlar isə optik linzalar adlanır. Onların hər birinin müəyyən yararlılıq müddəti olur: günlük, həftəlik, aylıq, altı aylıq, illik və daha uzunmüddətli. Linzaları həkim təyin etməli və gözün ona hazır olması dəqiqləşdirilməlidr. Həmin vasitədən mütəmadi istifadə buynuz qişasının normal qidalanmasına mane olur. Odur ki, gigiyena qaydalarına əməl etmək vacibdir. Əllər təmiz yuyulmalı, linzaya toxunmamışdan əvvəl dezinfeksiya olunmalı, saxlama qabı və suyu vaxtında dəyişdirilməlidir. Tamamilə eynəkdən imtina edərək yalnız linzadan istifadə etmək qətiyyən doğru deyil. Eynəyin korreksiyası linzadan daha effektivdir. Unutmaq lazım deyil ki, linzalardan yanlış istifadə edilməsi görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Onu da qeyd edək ki, oftalmoloqlar gözlərin sağlamlığına təhlükə yaratmamaq üçün linzadan mümkün qədər istifadə etməməyi məsləhət görürlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1531   Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

reseptler maskalar gozel gorunmek ariqlama arıqlama vasitələri köynək modelləri mətbəx qaydaları kosmetika atalar sozu mikayıl abdullayev aysel ana haqqinda bayati xanım az