Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİ

Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİDünyanın bir sıra ölkələri kimi, Azərbaycanda da karantin və sosial təcrid rejimi tətbiq olunub. "Evdə qal!" çağırışı günün şüarıdır indi.
Bəs COVİD-19 koronavirus pandemiyasına bəşər övladı nə zaman tam qalib gələcək? Virusa yoluxma qorxusu və riski olmadan nə zaman evdən çıxa biləcəyik? Konsertlər, futbol matçları nə zaman bərpa olunacaq?
The Atlantic-in məşhur yazarı Co Pinsker hesab edir ki, COVİD-19 koronavirus pandemiyası bir-iki il davam edə bilrə, amma normal həyat şərtləri daha tez bərpa olunacaq. O, alimlər arasında sorğu keçirib və bəlli olub ki, indiki fəlakətli durumdan çıxışın 4 variasiyası var.
Fəqət, alimlərin tam əksəriyyəti hesab edirlər ki, koronavirus pandemiyası daha tez başa çatacaq. Bu isə dövlətlərdən, hakimiyyətlərdən, rəsmi qurumlardan və bizdən yox, koronavirusdan asılıdır.
Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİBeləliklə, normal həyat nə zaman bərpa olunacaq? Cavab sadədir: dünya əhalisinin 60 və ya 80 faizi COVİD-19 koronavirusuna dayanıqlı olanda, virusun insandan insana keçməsinin qarşısı alınanda.
Bu, bəşəriyyət qarşısında duran əsas məqsəddir.
Koronavirusun zərərsiz hala düşəcəyi kütləvi immunitetə çatmağın iki yolu var.
İlk yol, təbii ki, peyvəndin hazırlanması, ikinci yol isə virusun azad yayılmasına imkan vermək və bu minvalla viuksdan sağalaraq ona qarşı immunitet formalaşdıran insanların sayının artırılmasıdır.
"Həmin adamlar "teflon" rolunu oynayacaqlar", - İrvayndakı Kaliforniya Universitetinin ictimai səhiyyə kafedrasının professoru Endryu Noymer deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasına yoluxaraq sağalan adamlar bir daha bu virusa yoluxmayacaqlar, xəstəliyə də kimsəni yoluxdurmayacaqlar.
Lakin biz hələ də bilmirik ki, COVİD-19-dan sağalma insanda tam immunitet yaradır, ya yox.
ABŞ deyəsən, ikinci yolu tutub və artıq yay aylarında Birləşmiş Ştatlarda normal həyatın bəzi elementləri bərpa olunacaq. Məsələn, ofislər və restoranlar açılacaq, amma çimərlikdə istirahət və ya musiqi festivalları olmayacaq.
Əsas problem odur ki, kimin yoluxduğu, kimin yoluxmaya məruz qaldığını, kimin də artıq sağaldığını və immunitet qazandığını dəqiq təyin edə bilsinlər. Bunun üçün genişmiqyaslı testləmə prosedurları aparılmalıdır.
Belə prosedur isə, əfsuslar olsun ki, hələ də yoxdur.
Çin koronavirusa faktiki qalib gəldiyini və genişmiqyaslı testləmə əməliyyatının aparıldığını deyir. Avropalılar isə şikayət edirlər ki, Çində istehsal olunmuş koronavirus testləri keyfiyyətli deyil.
Ona görə də koronavirusu tam, dəqiq təyin edən test hələ də ərsəyə gətirilməyib.
Ümumiyyətlə isə, alimlər hesab edirlər ki, təcrid və ya karantin rejimi 8-12 həftə davam etməlidir.
Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİABŞ prezidenti Donald Tramp "yaxın müddədə karantin rejimi bitəcək" deyir, lakin bu, Birləşmiş Ştatlar üçün fəlakətli nəticələr verə bilər.
Belədirsə, normal həyata qayıdışın 4 ehtimal qrafikinə nəzər salaq.
1-ci qrafik. 1-2 ay...
T.Çan adına Harvard İctimai Səhiyyə Məktəbinin əməkdaşı, epidemiologiya professoru Uilyam Heneyc hesab edir ki, bü müddət yalnız koronavirusun ciddi, çox təhlükəli patogen olmadığı aşkarlanarsa mümkündür.
COVİD-19 koronavirusuna yoluxanların tam əksəriyyəti xəstəliyin müalicəsini asan keçirirlər və bu, insanlarda koronavirusa qarşı immunitetin yaranmağa başladığına dəlalət edir.
Sosial təcrid və karantin rejimindən imtina olunarsa, yaxın aylar ərzində koronavirusun genişmiqyaslı, qısamüddətli və kəskin "partlayış"ı istisna deyil.
Belədə həddən artıq çox insan vəfat edəcək, səhiyyə sistemləri çökəcək. Amma sağalanların sayı o qədər artacaq ki, bəşəriyyət total immunitetə doğru iri addım atacaq.
2-ci qrafik. 3-4 ay
Üç-dörd ay ərzində COVİD-19 koronavirusu ilə bağlı çox bilgilər əldə edə bilərik. Bunun üçün iki tipdə testlər keçirlməlidir. İlk test sistemində insanın koronavirusa yoluxub-yoluxmaması yoxlanmalı, ikinci test sistemində isə koronavirusa immuniteti olan insanların orqanizmindəki antihüceyrələrin varlığı yoxlanmalıdır.
Gərəkli informasiya bazası yaradılanlan sonra əhalinin koronavirus pandemiyasına daha həssas qrupları təcrid olunur, yerdə qalanlar isə normal yaşam ritminə qayıdırlar.
Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİEyni zamanda, üç-dörd ay ərzində alimlər COVİD-19 koronavirusuna qarşı effektiv müalicə kursunu ərsəyə gətirə biləcəklər. Yəni xəstəliyin simptopmlarını tez və etibarlı şəkildə aşkarlayaraq ölüm riskini azalda biləcəklər.
Bəhs olunan prosedurlar koronavirusun yayılmasının qarşısını tam almasa da, səhiyyə sisteminə düşən yükü xeyli azaldacaq.
3-cü qrafik. 4 aydan 1 ilədək
COVİD-19 koronavirusunun qrip virusu təki yay aylarında zəifləyib-zəifləməyəcəyi hələ məlum deyil. İstənilən halda, mayın sonlarında-iyun ayının əvvəllərində ya koronavirus zəifləyəcək, ya da karantin rejimini davam etdirməli olacağıq.
İdman yarışları və turnirlər də bərpa oluna bilər - amma tribunalarda tamaşaçılarsız. Teleşoular tamaşaçılarsız olacaq, dükanlar eyni vaxtda satış zallarında olacaq müştərilərin sayını məhdudlaşdıracaqlar. İstənilən halda, böyük kütlənin bir araya gəldiyi tədbirlərin sayı minimuma endiriləcək.
Bütün bunların müqabilində turizm dirilməyə başlayacaq. Çünki hər yerdə virus varsa, dükanda koronavirusa yoluxma riski istənilən başqa yerdəki ehtimal səviyyəsindədirsə, səfərlərə məhdudiyyətlərin mənası yoxdur. Amma istənilən halda aeroportlarda sıxlıq olmayacaq.
Problemsə ondadır ki, alimlər sentyabr və ya oktyabr aylarında koronavirusun dönüşünü istisna etmirlər. Amma bu ehtimalın reallaşma səviyyəsi həddən ziyadə azdır, hətta mikroskopikdir.
Koronavirusun yayda geri çəkiləcəyi təqdirdə bəşəriyyət yeni viruslara daha yaxşı hazırlaşacaq. Daha çox süni ağciyər ventilyasiyası apartaları, maskalar, əlcəklər istehsal olunacaq, yeni xəstəxanalar tikiləcək və s.
Həm də anlayacağıq ki, koronavirusla necə effektiv mübarizə aparmaq olar.
Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİ4-cü qrafik. 1 il-18 ay
COVİD-19 koronavirusuna qarşı peyvənd 2021-ci ilin baharınadək hazır olacaq. Lakin həmin peyvəndin tam sınanması üçün daha 6 ay gərəkdir. Çünki peyvəndin insan sağlamlığına ziyan verməməsi, orqanizmdə gərəkli antihüceyrələrin yaranmasına təkan verməsi, həmin antihüceyrələrin insanı koronavirusdan qorumasına tam əminlik olmalıdır. Yəni peyvənddən geniş miqyasda istifadə gələn ilin ilk yarısında başlana bilər.
Peyvənd hazır olandan sonra normal həyat bərqərar olmağa başlanacaq.
Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİEyni zamanda, dünyada "teflon kütlə"nin, yəni koronavirusa yoluxaraq sağalan və immuniteti olan insanların sayının artacağı labüddür.
COVİD-19 koronavirusu beləcə, bitəcək.
Koronavirusune yeni "partlayış"ları isə indiki ilə müqayisədə dəfələrlə, qat-qat zəif olacaq. Ən pis halda o, mövsüm qrip virusu və ya zökəm kimi olacaq.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2156   Tarix: 06 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

gozel gorunmek toy makiyajlari qis geyimləri 2026 sevinc tofiqqızı yuxu pozğunluğu zaur baxşəliyev qizliq perdesinin berpasi kosmetika azerbaycan hesaplama novruz novruz bayramına aid hakıştalar hamilelik