Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...

Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...Alimlər yeni növ koronavirus infeksiyasının quruluşu barədə hər gün yeni məlumat öyrənir və onu dünya ictimaiyyəti ilə paylaşır. Mütəxəssislər istisna etmir ki, COVID-19-a yoluxan xəstələr sağaldıqdan sonra da infeksiyanın sonrakı fəsadları ilə qarşılaşır.
Milli.Az koronavirusun insan sağlamlığına verdiyi fəsadlarla tanış edir.
Ürək
Amerikalı həkimlər COVID-19-un təkcə insanın ağciyərlərinə deyil, digər orqanlarına da təsir etdiyini müəyyən edib. Luiziana Universitetinin patoloji tədqiqatlar üzrə direktoru Riçard Vander Hayde bildirib ki, ağır infeksiya formasından ürək əziyyət çəkməyə başlayır. Tədqiqatçılar koronavirusdan ölən bir neçə xəstədə ürək hüceyrələrinin müəyyən hissələrinin məhvini aşkarlayıb ki, bu da gələcəkdə orqanizmdə ciddi xəstəliklərə səbəb ola bilərdi.
Alimlər koronavirus hissəciklərinin toxumanın özündə yığılmadan ürək əzələsindən sərbəst keçə biləcəyinə inanırlar. Həkimlərin fikrincə, qısamüddətli əlaqə sitokin fırtınasına səbəb ola bilər. Bundan əlavə, qan damar hüceyrələrində COVID-19 hissəcikləri də tapılmışdı. Həkimlər koronavirusdan sonra ürək xəstəliyinin ağırlaşmalarının əvvəllər müalicə olunan və ya damar xəstəliyi olan hipertoniyaya meyilli insanlarda baş verə biləcəyini vurğulayıb.
Kardioloqlar qeyd edir ki, koronavirusun ürək əzələsinə təsiri hələ düzgün öyrənilməyib. Ancaq ağır infeksiya formaları artıq zəifləmiş orqanizmi "yükləyir", buna görə də sağalandan dərhal sonra həkimlər ürək əzələlərinin iltihabı, aritmiya və infarktın qarşısını almaq üçün testlər aparmağı məsləhət görürlər.
T hüceyrələri
ABŞ və Sinqapur alimləri COVID-19 olan xəstələrdə hüceyrə immunitetinin təbiətini öyrənərək gözlənilməz nəticəyə gəlib: insan orqanizmində "yoluxucu yaddaş" olan T hüceyrələrini tapıblar. İnsan bədənində T hüceyrələrinin aşkarlanması xəstələnmiş insanlarda (asimptomatik olanlar da daxil olmaqla) patogenə qarşı müqavimətin illərlə davam edə bilməsi deməkdir.
Maraqlıdır ki, tədqiqat çərçivəsində alimlər T-hüceyrə immunitetini yalnız COVID-19 və SARS (atipik pnevmoniya) xəstəliyindən qurtulmuş insanlarda deyil, həm də əvvəllər xəstə olmayan sağlam insanlarda aşkar edib. Tədqiqatçılar qeyd edirlər ki, yaxın gələcəkdə peyvənd olmasa da, ağır koronavirus infeksiyası olan xəstələrin müalicəsini sürətləndirəcək genetik material əsasında "antiviral kokteyl" yaratmaq mümkün olacaq. Alimlərin fikrincə, vaksin və "antiviral kokteyl"in istifadəsi müalicə kursunu demək olar ki, yarıya endirəcək və uzunmüddətli perspektivdə həkimləri xəstəliyin ağır formaları ilə mübarizədən tamamilə xilas edə bilər.
Beyin
Koronavirusun quruluşunun artıq yaxşı öyrənilməsinə baxmayaraq, onun mərkəzi sinir sisteminə və beyinə təsiri haqqında demək olar ki, heç bir şey məlum deyil. Ən çox yoluxmuş insanların olduğu Avropa və Çində bir çox xəstədə virusun birbaşa beyinə nüfuz etdiyi və bir sıra fəsadlara səbəb olduğu bildirilir. Buraya əzələ spazmından yuxu pozğunluğuna, miqren və artan kəllədaxili təzyiqə qədər bir çox problemlər daxildir.
Koronavirusun ən xoşagəlməz xüsusiyyətlərindən biri ensefalitə (baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu) səbəb olmaq qabiliyyətidir ki, bunu da erkən mərhələlərdə aşkar etmək olduqca çətindir. Çində bir neçə "koronavirus ensefaliti" hadisəsi qeydə alınıb, xroniki xəstəliyi olan 58 yaşlı kişiyə beyin iltihabı diaqnozu qoyulub. Xəstənin beyin MRT-sində hər hansı anormallıq aşkar edilməyib, lakin testlər beyincikdəki mayedə yeni növ koronavirusun olduğunu göstərib. Tədqiqatçılar hesab edir ki, viral ensefalitin COVID-19 ilə eyni vaxtda inkişafı səbəbilə koronavirus bu və ya digər şəkildə mərkəzi sinir sisteminə keçə, infeksiyaya yoluxdura bilər.
Qaraciyər
COVID-19-un ən yüksək ölüm nisbəti yalnız xərçəng xəstələrində deyil, xroniki qaraciyər xəstəlikləri olanlarda da qeydə alınıb. Oksford Universiteti və ABŞ-ın Şimali Karolina Universitetinin alimləri bu qənaətə gəlib ki, hepatoz və virus hepatitləri də daxil olmaqla qaraciyər xəstəliklərinin çoxu koronavirus terapiyası başlamazdan xeyli əvvəl ölüm riskini artıra bilər.
Tədqiqatçılar sirroz və xroniki qaraciyər xəstəliyi olan xəstələrin ümumi ölüm nisbətinin sağlam mədə-bağırsaq orqanlarına sahib olanlara nisbətən 40 faiz daha yüksək olduğunu təxmin edirlər. Eyni zamanda, alimlər qeyd edirlər ki, qaraciyər xəstəliyinin ağır formaları olan xəstələr "terminal mərhələsinə" daxil olurlar. Bu da yoluxdurulmuşun qaraciyərin sözün əsl mənasında qarın boşluğunun daxilinə çökməsi ilə nəticələnə bilər. Bu halda qan zəhərlənməsi və ölüm riski yüksəkdir. Odur ki, ölüm ehtimalını azaltmaq üçün elm adamları tətil günlərində də az spirt içməyi və ya içməməyi məsləhət görürlər.
Bənzər kliniki vəziyyət böyrəklər üçün də keçərlidir. Rusiyanın baş nefroloqu Yevgeni Silov may ayında xroniki böyrək xəstəliyi olan insanlar üçün SARS-CoV-2 infeksiyasının həyat üçün çox yüksək risk yaratdığını söyləmişdi.
Silov xroniki böyrək xəstəliyi olanların COVID-19 infeksiyası və yüksək ölüm riski qrupuna düşdüyünü qeyd edib. Şəkərli diabet, hipertoniya, obezlik, aterosklerozun xroniki böyrək xəstəlikləri zamanı virusun bədənə təsiri daha da şiddətlənir. Silov həmçinin koronavirusa yoluxmuş xroniki xəstələrdə böyrək çatışmazlığının inkişaf etdiyini, dializ ehtiyacını artırdığını açıqlayıb.
Bununla birlikdə, COVID-19-dan sağalan insanın səhhətindəki dəyişikliklərlə əlaqəli əsas kəşf alman elm adamlarına aiddir. Hamburq-Eppendorf Universiteti Xəstəxanasının genetik və bioloqları COVID-19 diaqnozu ilə reanimasiyaya müraciət edən xəstələrin böyük hissəsində testosteron səviyyəsinin aşağı olduğunu təsbit edib. Klinik testlər zamanı tədqiqatçılar koronavirus infeksiyasının təkcə ürəyin fəaliyyətinə deyil, kişi cinsi hormonlarına təsir göstərə biləcəyini müəyyənləşdiriblər. Onların fikrincə, koronavirus immuniteti əhəmiyyətli dərəcədə azaldır və hormonları pozur, əgər infeksiya müalicə edilmirsə və ya düzgün müalicə edilmirsə, cinsi zəiflik, hətta sonsuzluğa çevrilə bilər.
Bundan əlavə, Almaniya və Fransadan olan alimlər kişi spermasında koronavirus aşkar etmişdilər. Genetiklər yeni tip virusdan təsirlənən spermanın gələcək uşaqlara təsir edib-etmədiyini araşdırırlar. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1215   Tarix: 29 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik