Koronavirus mutasiya edə bilər - Rusiyalı alimdən açıqlama
"Koronavirus mutasiya edə bilər və dəyişikliklər nəticəsində onun daha aqressiv formaları meydana çıxa bilər".
Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru Mixail Paltsev məlumat verib.
Onun sözlərinə görə, mutasiya iki səbəbdən baş verir. Birinci səbəb kollektiv immunitetin yaranması və virusun buna uyğunlaşmağa başlamasıdır: "İkinci səbəb isə isti hava şəraitidir. Yayda, bir qayda olaraq, insanlarda immunitet yüksəlir və hava-damcı infeksiyalarına yoluxma azalır. Bu halda mutasiya virusun RNK-sında deyil, onun zülal reseptorunda baş verir. Bu isə hazırlanmaqda olan vaksinlərin effektivliyini şübhə altına alır".
M.Paltsev, həmçinin qeyd edib ki, koronavirusun ikinci dalğası gözlənilir. Bunun səbəbi istənilən epidemiyanın, xüsusilə, pandemiyanın bir ildən üç ilə qədər davam etməsidir.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
Teylor Sviftin toy tarixi bəlli oldu
Muhteşem Yüzyıl' bu il 800 min lirə qazanacaq
Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir