Koronavirus mutasiyaya davam edir: EHTİYATLI OLUN - VİDEO - FOTO

Koronavirus mutasiyaya davam edir: EHTİYATLI OLUN - VİDEO - FOTOLondon sakinləri paytaxtı kütləvi tərk edirlər...
Britaniyanın səhiyyə institutları tərəfindən virusa B.1.1.7 SARS-CoV-2 adı verildiyi təsdiqləndi.
B.1.1.7 SARS-CoV-2 virusun 70% daha çox yoluxucu ola biləcəyi qeyd edilib.
London sakinləri koronavirusun yeni növünün aşkarlanmasına görə məhdudiyyətlərin sərtləşdirilməsindən sonra şəhəri kütləvi tərk etməyə başlayıblar.
Koronavirus mutasiyaya davam edir: EHTİYATLI OLUN - VİDEO - FOTOMilli.Az The Daily Mail-ə istinadən bildirir ki, şəhər sakinləri yeni məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsinə qədər Londondan çıxmağa çalışırlar. Onlar şəhərin böyük vağzallarında yığılıblar. Həmçinin ölkənin başqa hissələri ilə Londonu əlaqələndirən əsas avtomobil magistrallarında da böyük tıxaclar yaranıb.
Avropa və Yaxın Şərqin bir neçə ölkəsi bu ay İngiltərədə koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar narahatlıqların artması səbəbi ilə Britaniyaya hava səyahətini qadağan edir.
İrlandiya, İtaliya, Avstriya və Belçika Hollandiyaya qoşularaq koronavirusun yeni növü ilə əlaqədar Britaniyadan uçuşları qadağan edib. Küveyt və İsrail də eyni addımı atıb. Avropa İttifaqı tövsiyələri müzakirə etmək üçün görüş keçirdiyi zaman digər ölkələr də uçuşlarla bağlı qadağanı nəzərdən keçirir.
Koronavirus mutasiyaya davam edir: EHTİYATLI OLUN - VİDEO - FOTOBritaniya alimləri hazırda koronavirusun mutasiyaya uğramış yeni növünün virusa qarşı yeni hazırlanmış vaksinlərə müqaviməti olub-olmadığını araşdırır.
Koronavirusun yeni növü dekabrın 13-də İngiltərənin cənubunda Kent dairəsində təsdiq edilib. İlkin təhlillər onun "hazırkı növlərdən daha sürətlə yayıldığını" göstərir.
Bu yeni növ sentyabr ayında bir pasiyentdə aşkar edilib. Keçən ay və dekabr ayında yoluxma hallarında artım müşahidə edildikdən sonra alimlər koronavirusun mutasiyaya uğramış daha yoluxucu yeni növü ilə qarşılaşdıqlarını aşkar ediblər.
"Biz COVID-19 virusunun yeni variantı ilə əlaqədar olaraq Britaniya rəsmiləri ilə yaxından əlaqə saxlayırıq. Onlar öz təhlilləri və davam etdirilən tədqiqatların nəticələrini bölüşməyə davam edəcək. Biz virusun növünün xüsusiyyətləri və bunun nəticələri ilə tanış olduqca üzv ölkələri və ictimaiyyəti məlumatlandıracağıq", - Ümumdünya Səhiyyə Təşkilatı Twitter səhifəsində bildirib.
Britaniyanın Baş naziri Boris Conson koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar narahatlıqların artdığı vaxt cümə günü kabinet üzvləri ilə planlaşdırılmamış iclas keçirib.
İndisə COVİD-19 koronavirusunun yeni mutasiyası ilə bağlı hadisələrin son axarına nəzər salaq.
Böyük Britaniyada koronavirusun yeni növünün aşkar edildiyi açıqlanandan sonra Avropa, Böyük Britaniyada yayılmağa başlayan koronavirusun mutasiya növü səbəbindən məhdudiyyətləri artırır.
Belçika Böyük Britaniya ilə hava və dəmir yolu əlaqələrini dayandırdı.
Koronavirus mutasiyaya davam edir: EHTİYATLI OLUN - VİDEO - FOTOÇexiya, artıq İngiltərədən gələn vətəndaşlar üçün daha sərt karantin məhdudiyyətləri tətbiq etməyə başladı.
İtaliya və Avstriya, İngiltərə ilə hava əlaqələrini kəsməyə hazırlaşdığını elan etdi
Almaniya riskləri qiymətləndirir, Hollandiya artıq Böyük Britaniyadan gələn təyyarələri qəbul etmir.
İtaliya, ölkədə koronavirusun mutasiya növünə yoluxma halının qeydə alındığını açıqladı.
İrlandiya 21 dekabrdan iki günlük sərhədləri İngiltərə ilə bağladığını açıqladı.
Bolqarıstan 31 yanvaradək sərhədlərini İngiltərə ilə bağladığını bildirdi.
Litva İngiltərədən ölkəyə girişi tamamilə dayandırdı.
İsveçrə qərar qəbul etməyə hazırlaşır.
Türkiyə koronavirusun mutasiya olmuş formasının yayılması ilə bağlı İngiltərə, Danimarka, Hollandiya və CAR-dan gələn bütün təyyarə reyslərini qadağa etdi.
İsveçrə koronavirusun yeni mutasiyasına görə İngiltərə və Cənubi Afrikaya uçuşlarını dayandırdı.
Salvador İngiltərə və Cənubi Afrikanı ziyarət edənlər üçün ölkəyə girişi qadağan etdi.
Yunanıstan İngiltərədən gələnlər üçün yeddi günlük karantin tətbiq etməyə başladı.
"Rusiya ilə İngiltərə arasındakı hava yollarının bağlanmasına dair heç bir qərar hələ verilməyib, vəziyyət nəzarət altındadır" - Qərargah
Səudiyyə Ərəbistan koronavirusun mutasiyası səbəbindən beynəlxalq uçuşları dayandırdı.
Qeyd edək ki, rəsmi açıqlamaya əsasən, Böyük Britaniyadan kənarda da, mutasiyanın yayıldığı aşkar olunub.
Bu arada Danimarkada yeni mutasiyaya 9 yoluxma, Niderlandda 1 yoluxma qeydə alınıb.
Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkoksa bəyan edib: "Mutasiyaya uğramış koronavirus növü nəzarətdən çıxıb və vəziyyət ciddidir.  Koronavirusa yoluxanların sayı sürətlə artır, normal vəziyyətə qayıtmaq üçün hələ çox vaxta ehtiyac var. Milad bayramı ərəfəsində gücləndirilmiş karantin qaydalarına əməl etmək lazımdır".
... Avropa Parlamentində ən çox səs qazanan "Brexit" partiyasının lideri, britaniyalı Naycel Farac ilə "China Daily" informasiya agentliyinin Avropa Birliyi üzrə rəhbəri Çen Vihua arasında sərt söz davası olub.
Farac Twitter-dəki profilində yazmışdı: "Milad bayramı təxirə salındı. Təşəkkürlər, Çin."
Buna Vihuanın reaksiyası sərt olub: "Maska tax və boş-boş danışma".
Koronavirus mutasiyaya davam edir: EHTİYATLI OLUN - VİDEO - FOTOConson şənbə günü mətbuat konfransı zamanı vaksinlərin virusun yeni növünə qarşı daha az effektiv olduğuna dair dəlil olmadığını deyib, lakin əlavə edib ki, yeni növ əvvəlki növlərdən 70 faiz daha yoluxucudur.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1394   Tarix: 21 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

reseptler geyim və ayaqqabılar toy gecesi cinsi problemlər sanamalar küftələr atalar sözləri kosmetika vetene aid bayati sirniyatlar qaynana tanisliq sağlamlığa aid atalar sözləri