Koronavirus niyə sətəlcəmdən daha çox öldürür? - Amerikalı mütəxəssis bütün detalları açdı

Koronavirus niyə sətəlcəmdən daha çox öldürür? - Amerikalı mütəxəssis bütün detalları açdıCOVID-19-un səbəb olduğu sətəlcəm vaxtında aşkar edilmir və buna görə virusa yoluxmuş şəxslərin həyatını xilas etmək mümkün olmur.
Milli.Az xəbər verir ki, bunu 30 ildir süni tənəffüs aparatı mütəxəssisi işləyən Riçard Levitan "New York Times" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, koronavirusun səbəb olduğu sətəlcəm normal sətəlcəmdən daha uzun müddət simptom büruzə vermir. Buna görə erkən diaqnoz qoyulmur və xəstələrin vəziyyəti ağırlaşır: "Bəzi xəstələrin rentgen müayinələrində sətəlcəm olduğu görünür və qanda oksigen səviyyəsi aşağı olur. Buna rəğmən, bu xəstələrin tənəffüslə bağlı heç bir şikayəti olmur. Çünki koronavirus başlanğıc mərhələdə "səssiz hipoksiya" adlandırdığımız oksigen çatışmazlığına gətirib çıxarır. Buna səssiz deməyimizin səbəbi isə özünü çox gec göstərməsidir".
R.Levitan normal sətəlcəm ilə koronavirusun fərqini belə izah edib: "Sətəlcəm insanın ağciyərlərindəki hava kisəciklərini maye və iltihabla dolduran bir infeksiyadır. Normal qaydada bu xəstəliyə yoluxan insan döş qəfəsində narahatlıq, ağrı, nəfəsalmada çətinlik hiss edir. Lakin COVID-19 sətəlcəmi başladığında xəstələrin oksigen səviyyəsi düşsə də, nəfəssiz qalmırlar. Nəfəssiz qalanda isə oksigen səviyyəsi tamamilə enmiş olur və sətəlcəm diaqnozu qoymaq üçün artıq gec olur. Normal insanın dəniz səviyyəsində oksigen miqdarı 94-100% olur. Lakin koronavirus xəstələrində bu göstərici 50%-ə qədər düşür. Çox xəstə 1 həftə qızdırma, öskürək, ürəkbulanma və yorğunluq hiss edir, amma tənəffüs çatışmazlığı ilə xəstəxanaya gəldikləri gün iş işdən keçmiş olur. Deməli, sətəlcəm günlər əvvəl başlayır, amma xəstənin bundan xəbəri olmur".
Mütəxəssis qeyd edib ki, koronavirus ağciyərdəki "surfaktan" adlanan səthi maddəni ifraz edən hüceyrələrə hücum edir. Bu maddə hüceyrələrin nəfəsdən nəfəsə açılıb qapanmasını təmin edən həyati əhəmiyyətə sahibdir. Ağciyərə infeksiya düşəndə isə hava kisəciklərinə hücuma keçir və oksigen səviyyəsinin düşməsinə gətirib çıxarır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1217   Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yay geyimləri 2026 gelinlikler makiyaj etmek qaydalari terxun kompotu süfrə mədəniyyəti toy ucun qisa donlar 2026 ci ilin debi kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır usaq seirleri baldiza aid hakisda sirniyatlar həsən bəy zərdabi