Koronavirus orqan və toxumalarında hansı dəyişikliklər törədir?

Koronavirus orqan və toxumalarında hansı dəyişikliklər törədir?COVID-19 xəstəliyi SARS-CoV-2 koronavirusu tərəfindən törədilən virus mənşəli infeksiyadır. SARS-CoV-2 virusu insan orqanizminə angiotenzin çevirici ferment 2 (ACE2) reseptoruna bağlanaraq daxil olur. ACE2 reseptorları tənəffüs sistemi epitel hüceyrələri, damar endotel hüceyrələri, böyrək epitel hüceyrələrində yüksək miqdarda rast gəlinir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu uzman-patomorfoloq, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli deyib.
"COVİD-19 virusu insan orqan və toxumalarında hansı dəyişiklikləri törədir" sualına cavab olaraq mütəxəssis deyib ki, məhz bu səbəblərdən xəstəlik zamanı daha çox bu orqan və toxumalar zədələnir.
• Makroskopik olaraq ağciyərdə ödem, ağciyər çəkisinin artması, yayğın qansızmalar, ağciyər arteriyasının trombla tutulması, plevral iltihabi proses görülə bilər.
• Histoloji olaraq ağciyərdə kəskin mərhələdən fibrotik mərhələyə qədər dəyişə bilən diffuz alveolyar zədələnmə müşahidə edilir.
• Ağciyər damarları və alveolyar epitelin keçiriciliyi artır.
Hüceyrəarası sahədə və alveol boşluqlarında proteinoz maye yığılması, alveol divarlarında iltihabi hüceyrələrin toplanması və fibroblastların proliferasiyasına bağlı qalınlaşma baş verir. Bu isə qaz mübadiləsinin pozulmasına, o cümlədən oksigenin qəbul edilməsinin azalmasına və hipoksemiyaya səbəb olur.
COVID-19 zamanı əsas ağırlaşmalar olaraq pnevmoniya (75%), kəskin respirator distress sindromu (15%), kəskin qaraciyər zədələnməsi (19%), ürəyin zədələnməsi (7-17%), qan laxtalanmasının artması - protrombotik koaqulopatiya (10-25%), kəskin böyrək zədələnməsi (9%), kəskin serebrovaskulyar xəstəlik (3%), şok (6%) diqqəti çəkir.
Kardiovaskulyar sistemdə - perikardial ödem və effüziya, miokard ödemi, endotelit;
Qaraciyərdə - steatoz, hepatik nekroz, endotelit;
Böyrəkdə - kəskin tubular zədələnmə, damarlarda fibrin və hiyalin trombuslar, tubulointerstisyal iltihab;
Mədə-bağırsaq sistemində - işemik enterokolit, endotelit;
Dalaqda - nekroz, atrofiya, hemorragiyalar və infarkt;
Sümük iliyində - histiositik hiperplaziya və hemofaqositoz kimi toxuma dəyişiklikləri görülə bilər.
Həmçinin hamiləlik zamanı virusa yoluxmuş pasiyentlərdən doğum sonrası incələnən plasental nümunələrdə damar zədələnməri - intervilloz tromboz və desidual arteriopatiya görülmüşdür.COVİD-19 virusu olduqca təhlükəli fəsadlara və qalıcı zədələnməyə gətirib çıxara bilər. Özünüzü, ailənizi və ətrafınızdakı insanları mühafizə etmək üçün bütün virusdan qorunma qaydalarına riayət edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1952   Tarix: 24 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 gelinlikler praktik cins 2026 kişi dünyası capiq ucun maz kosmetika vetene aid bayatilar dostluq vetene aid bayati qu quşu terezi