Koronavirus pandemiyası: PANDEMİYA nədir?

Koronavirus pandemiyası: PANDEMİYA nədir?Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Bununla bağlı ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesusun açıqlamasında bildirib ki, qarşıdakı günlər və həftələrdə koronavirusa  yoluxma halları, ölümlər və virusun yayılacağı ölkələrin sayının artacağı gözlənilir. Bu səbəbdən COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəlinib. Belə olan halda insanların bir çoxunu "Pandemiya nədir" sualı düşündürür.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ümumi tərifə əsasən, pandemiya, insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif, H1N1 ("Donuz qripi") qrip pandemiyası ilə əlaqədar 2010-cu ildə ÜST tərəfindən verilib.
Hərfi olaraq pandemiya yunanca. πανδημία - "bütün xalq" mənasını verir.
Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir. Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da, bildirilir ki, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınan rəqəmlər bu meyarlara cavab verib və ÜST bu səbəbdən pandemiya elan edib. Koronavirus artıq qlobal miqyasda yayıldığından, ÜST-ün onu pandemiya kimi müəyyən etməsi həqiqətin etirafı sayılır.
Adətən, pandemiya geniş yayılmış, bütün dünyanı, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. ÜST-ün Baş Direkoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq (Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 2005-ci ildə dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən imzalanmış və 2007-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir - red.) bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-in əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir.
Bu halda üç dövr nəzərə alınır- Pandemiya arası dövr - Faza-1-3 (Əsasən heyvanlar arasında. Az sayda insan yoluxması), Pandemiya həyəcanı dövrü - Faza 4 (Aramsız olaraq insandan insana ötürülməsi), Pandemiya dövrü-Faza 5-6 (İnsanlar arasında geniş yayılmış infeksiya)
Qeyd edək ki, pandemiya insanlıq tarixi üçün o qədər də qeyri-adi hal deyil. Ötən əsrdə üç qrip pandemiyası baş verib: 1918-ci il - İspan Qripi, 1957-ci il - Asiya Qripi və 1968-ci il - Honk Kong Qripi.
2009-cu ilin aprel ayından yayılan H1N1 virusunun ("donuz qripi") ştamlarından birinin səbəb olduğu qrip pandemiyası, qeyri-dəqiq məlumatlara görə, dünyada təxminən yarım milyona yaxın (bununla bağlı 151.700-dən 575.400-ə qədər rəqəmlər səsələndirilir) insanın ölümünə səbəb olub. Ən məşhur pandemiyalar isə qədim dövrlərdən tutmuş XX əsrin əvvəllərinədək tüğyan edən su çiçəyi, vəba və taun pandemiyalarını saymaq olar. Yuxarıda da qeyd olunduğu kimi, 20-ci əsrin əvvəllərindən bəri bəşəriyyət bir neçə pandemiya yaşayıb. 1918-1919-cu illərdə "ispan qripi" (qrip növlərindən biri) 500 milyondan çox insana yoluxub. Bu qripdən 100 milyona qədər insanın həyatını itirdiyi bildirilir. 18 ay ərizndə tüğyan edən bu qrip bəşəriyyət tarixində ölüm hallarının sayına görə ən böyük pandemiyadır.
1957-1958-ci illərdə baş verən Asiya qripi pandemiyası zamanı dünyada 2 milyon insan həyatını itirib. 1968-ci il - Honk Kong Qripi pandemiyası zamanı isə 1 milyon insanın öldüyü bildirilir.
Daha əvvəlki pandemiyanın elan olunmasına səbəb olan H1N1 ("donuz qripi") virusunun yayılması 2009-2010-cu illərdə baş verib. ÜST-in məlumatına görə, pandemiya 214 ölkədə dünya əhalisinin 30%-ə qədərini əhatə edibı, 18 mindən çox (18 min 449) insan həyatını itirib.
Məlumatlara görə, COVID-19-un pandemiya elan edilməsi əslində insanlar üçün böyük məhdudiyyətlər yaratmaya bilər. Pandemiya halında, hər bir ölkə öz istəyi ilə hərəkət edir, ÜST isə yalnız tövsiyələr verə, əlavə tədbirlər həyata keçirməyə də bilər.
ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməlidir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusla bağlı bu günə olan statistikasına görə, hazırda 124 ölkədə ümumilikdə 126 380 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 191-i yeni yoluxmadır. Koronavirusdan ölənlərin sayı 4634 nəfərə çatıb ki, onlardan da 18-i yeni ölüm halıdır. Koronavirusa yoluxanlardan 68 313 nəfəri müalicə nəticəsində sağalıb, onlardan 1300-ü yeni faktdır.
Ümumi hesablamalara görə, dünya üzrə koronavirusdan ölüm halları 3,4 faiz təşkil edir. Müqayisə üçün bildirilir ki, adi qripə yoluxanların cəmi 1 faizi həyatını itirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1457   Tarix: 21 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.  xəbər verir ki

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Çünki bu içkilər preparatların təsirinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov bildirib ki, dərman qəbu

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

turlar.az

qadın geyimi həkim məsləhəti geyim necə seçməli 1 hefteye 5 kq ariqlamaq tanınmış qadın simalar üzdə sızanaqlar saglamliq haqqinda kosmetika penis veten haqqinda atalar sozleri azerb clpaq qadinlari burclər sekisler