Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıb

Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıbYanvarın 28-də Azərbaycan Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
Müşavirənin yekununda aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:
- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
- Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;
- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;
- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.
"Hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur," Nazirlər Kabineti bildirir.
Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıbSəhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi: Ölkəyə gələn insanların üzərində tibbi müşahidə aparılır
Yanvarın 28-də Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.
Səhiyyə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
"Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb."
Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.
Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, koronovirus riski ilə bağlı Bakıda və regionlarda xəstəxanalarda ayrıca palatalar hazırlanıb.
Səhiyyə Nazirliyi ölkədə koronovirusa yoluxma halının hələ qeydə alınmadığını bildirib.
Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıbXarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi xəbərdarlıq yayıb
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çində mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.
Azərbaycanın Çindəki Səfirliyində "koronavirus"la bağlı qaynar xətt yaradılıb (Tel: +8615624959899).
Xarici İşlər Nazirliyinin xəbərdarlığında deyilir ki, Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.
"Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın Çinin Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur," xəbərdarlıqda deyilir.
Müstəqil mənbələr hazırda Çində çoxsaylı Azərbaycan vətəndaşının olduğunu bildirir.
Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıbƏkrəm Zeynallı
Səfir: Uhan şəhərində 7 nəfər azərbaycanlı qalıb
Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, Çində 500 nəfərə yaxın azərbaycanlı tələbə var.
Öz növbəsində, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı yerli televiziyaya deyib ki, hazırda karantin elan edilmiş Uhan şəhərində 7 Azərbaycan vətəndaşı qalıb. Onlardan 4-ü tələbədir.
"Uhanda qalan vətəndaşlarımızla daimi telefon əlaqəsi saxlanılır. Onların çıxarılması üçün Çin hökuməti ilə danışıqlar aparırıq. Amma Çin hökuməti hələ karantin zonasından insanların çıxarılmasını məqbul saymır. Uhanda insanların küçəyə çıxması, təmasda olması qadağan edilib. Yataqxanada qalan tələbələr universitetlər tərəfindən, evlərdə qalan vətəndaşlarımız isə yerli bələdiyyə tərəfindən ərzaqla, tələbat malları ilə təmin edilir. Səhhətləri nəzarət altındadır," səfir yerli televiziyada canlı bağlantıda qeyd edib.
Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıb"Boeing 787-8" Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )
Çinlə aviasiya əlaqələri dayandırılıb
Azərbaycan Hava Yolları-AZAL Qapalı Səhmdar Cəmiyyəti Bakı-Pekin-Bakı reyslərini martın 8-dək dayandırdığını bildirib.
"Fevral ayından Çinin paytaxtına uçuşlar dayandırılacaq və martın 8-dən bərpa ediləcək", AZAL-n mətbuat xidməti bildirib.
Ölkəyə gələn bütün təyyarələrin sərnişinləri risklərə qarşı yoxlanılır.
Azərbaycanın gömrük-keçid məntəqələrində ölkəyə daxil olan bütün insanların bədən hərarəti yoxlanılır. Şübhə doğuran şəxslər əlavə tibbi müayinəyə cəlb edilir. Gömrük-keçid məntəqələrində dezinfeksiyalar aparılır, bütün əməkdaşlar maskalarla təmin edilib.
Koronavirus sindromu - Uhanda 7 azərbaycanlı qalıbUkrayna-Gürcüstan-Azərbaycan-Çin tranziti
Çinlə ticarət əlaqələri
Çində xəstəliyin baş qaldırması Azərbaycan bazarlarına da təsirsiz ötüşməyəcək. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanın Çinlə illik ticarət dövriyyəsi 1.310247 min ABŞ dolları təşkil edib. Bunun 1.196673,5 min dollarını idxal təşkil edib. İdxal olunan məhsular isə əsas və mühüm növ müxtəlif çeşidli mallardır.
Çindən Azərbaycana heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması barədə qərar verib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1323   Tarix: 29 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Gündəlik nə qədər D vitamini qəbul etməliyik?

Yetkinlər üçün orta gündəlik D vitamini tələbatı təxminən 400 BV olaraq qiymətləndirilir, qanda 12-20 ng/ml səviyyəsi isə əksər insanlar üçün kifayət hesab olunur və bu diapazondan yuxarı səviyyələr heç bir əlavə fayda vermir

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

.

Albalının xərçənglə mübarizədə rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. -ı

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim necə seçməli kosmetika mehsullari yaz geyimleri 2026 sirin gilas hicab baglama qaydasi zire yagi sac ucun yemək reseptləri kosmetika maraqli hakistalar sevgi qiz evi haxista ariqlamaq masturbasiya