Koronavirus xəstələrinə kimlər plazma donoru ola bilər?
Azərbaycanda da ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlar donor olmalı, qan plazması verməlidirlər. Artıq donor olmaqla bağlı xəstəlikdən sağalanlara müraciətlər də olunub.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus xəstələri üçün kimlərin plazma donoru ola biləcəyi barədə məlumat açıqlayıb.
Kimlər donor ola bilər?
COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər
Klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər
18-60 yaş arası COVID-19 xəstəliyini keçirib sağalmış könüllülər
Kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar.
"COVID-19 İmmun Plazma" bağışlamaqla, dəyişiklik yarada bilərsiniz!
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir