Koronavirusa qarşı ən effektiv müalicə

Koronavirusa qarşı ən effektiv müalicəYeni koronavirusu (COVID-19) yayılması ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyada pandemiya elan edib. Pandemiya qarşı mübarizə aparmaq üçün dünya öz ərazilərində fövqəladə vəziyyət və karantin rejimləri tətbiq ediblər.
Epidemiya, pandemiya nədir və karantin rejimləri nə zaman, hansı hallarda tətbiq olunur. 
Milli.Az bildirir ki, epidemiya tez yayılan infeksion xəstəliklərə deyilir. Əgər infeksion xəstəlik  bir neçə ölkəni əhatə edərsə, o zaman pandemiyaya hesab olunur.  Bu gün isə  yeni koronavirus (COVİD-19) qısa bir zamanda dünya ölkələrini cənginə aldığından  pandemiyaya elna olunaraq, beynəlxalq aləm bu dəhşətli infeksion virusa qarşı birgə mübarizə aparmaq qərarına gəlib. Pandemiyanın daha geniş vüsət almamasının və insan ölümünün sayının azaldılması istiqamətində fəaliyyətlərini koordinasiya ediərək lazımi addımlar atrılar. Pandemiyanın qarşının alınması məqsədi ilə demək olar ki, əksər ölkələrdə karantin rejimi və fövqəladı vəziyyət elan olunub. Ölkələrə arasında əlaqələr məhdudlaşırılıb. Koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparmaq üçün sosial və özünü təcrid taktikası seçilib. Bu həm ölkələr arasında, həm də insanlar arasında tətbiq edilməyə başlanılıb.Qeyd edək ki, COVİD-19 virusunun yayıldığı Çinin Uahan şəhərində sosial və özünütəcrid praktikası öz effektini verib.
Müasir dövrümüzdə pandemiyanın tarixi və tətbiqi...
ÜST-in Baş Direkoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq (Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 2005-ci ildə dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən imzalanmış və 2007-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir - red.) bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-in əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir.
Bu halda üç dövr nəzərə alınır- Pandemiya arası dövr - Faza-1-3 (Əsasən heyvanlar arasında. Az sayda insan yoluxması.), Pandemiya həyəcanı dövrü - Faza 4 (Aramsız olaraq insandan insana ötürülməsi.), Pandemiya dövrü-Faza 5-6 (İnsanlar arasında geniş yayılmış infeksiya)
Qeyd edək ki, pandemiya insanlıq tarixi üçün o qədər də qeyri-adi hal deyil. Ötən əsrdə üç qrip pandemiyası baş verib: 1918-ci il - İspan Qripi, 1957-ci il - Asiya Qripi və 1968-ci il - Honk Kong Qripi.
2009-cu ilin aprel ayından yayılan H1N1 virusunun ("donuz qripi") ştamlarından birinin səbəb olduğu qrip pandemiyası, qeyri-dəqiq məlumatlara görə, dünyada təxminən yarım milyona yaxın (bununla bağlı 151.700-dən 575.400-ə qədər rəqəmləri səsələndirilir) insanın ölümünə səbəb olub. Ən məşhur pandemiyalar isə qədim dövrlərdən tutmuş XX əsrin əvvəllərinədək tüğyan edən su çiçəyi, vəba və taun pandemiyalarını saymaq olar. Yuxarıda da qeyd olunduğu kimi, 20-ci əsrin əvvəllərindən bəri bəşəriyyət bir neçə pandemiya yaşayıb. 1918-1919-cu illərdə "ispan qripi" (qrip növlərindən biri) 500 milyondan çox insana yoluxub. Bu qripdən 100 milyona qədər insanın həyatını itirdiyi bildirilir. 18 ay ərizndə tüğyan edən bu qrip bəşəriyyət tarixində ölüm hallarının sayına görə ən böyük pandemiyadır.
1957-1958-ci illərdə baş verən Asiya qripi pandemiyası zamanı dünyada 2 milyon insan həyatını itirib. 1968-ci il - Honk Kong Qripi pandemiyası zamanı isə 1 milyon insanın öldüyü bildirilir. 
Daha əvvəlki pandemiyanın elan olunmasına səbəb olan H1N1 ("donuz qripi") virusunun yayılması 2009-2010-cu illərdə baş verib. ÜST-in məlumatına görə, pandemiya 214 ölkədə dünya əhalisinin 30%-ə qədərini əhatə edibı, 18 mindən çox (18 min 449) insan həyatını itirib.
Məlumatlara görə, COVID-19-un pandemiya elan edilməsi əslində insanlar üçün böyük məhdudiyyətlər yaratmaya bilər. Pandemiya halında, hər bir ölkə öz istəyi ilə hərəkət edir, ÜST isə yalnız tövsiyələr verə, əlavə tədbirlər həyata keçirməyə də bilər.
ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməlidir.
Karantin nə deməkdir?
Karantin sözü fransız v iltalyan sözü olub -qırx gün deməkdir. Yəni  çiçək və vəba xəstəlikləri 40 gün davam etdiyindən bu karantin sözü də oaradn meydana gəlib. Karantin rejimi  epidemiya və infeksion xəstəliklərin qarşısını almaq üçün tətbiq edilən məhdudlaşdırıcı rejimdir. Ölkələrə karantin rejimini tətbiq etməklə epidemiya ocağını tam izolyasiyaya etməklə, daha doğrusu insanların bir-biri ilə münasibətini minimuma endirməklə qarşısını almağa çalışırlar.
Azərbaycanda  da koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparmaq məqsədi ilə  bütün ölkə ərazisində ciddi karantin rejimi tətbiq olunub.
Hələ də bəzi insanlarımız bunun mahiyyətini, nə üçün tətbiq edildiyini dərk etmədiyindən tətbiq edilən karantin rejiminin qaydalarını pozurlar. Ancaq onlar unudurlar ki,  bu qaydaları pozmaqla həmin şəxslər  təkcə öz sağlamlıqlaırnı deyil,  digər insanların, o cümlədən ən yaxınlarının da sağlamlığını təhlükə altında qoymuş olurlar.
Azərbaycan dövləti  bütün ölkə ərazisində ciddi karantin rejimini tətbiq etməklə insanların təhlükəsizliyinin və sağlamlığının müdafiəsinə çalışır. İnsanlar da gərək bu qaydalara  ciddi riayət edərək,  gözəgörünməz insan qatilinə çevrilən bu virusa qarşı mübarizədə öz töhfəsini verməlidir.  Gözəgörünməz,  öldürücü düşmənə qarşı  ən effektiv  mübarizə metodunun ən birincisi insanların bir-birlərini cəmiyyətdən təcrid etməsindən keçir. Daha doğrusu özünütəcrid  və sosial təcriddən.... 
Belə demək mümkünsə, yeni koronavirusun müalicəsi özünütəcrid və sosial təcriddən keçir. Biz nə qədər bu qaydalara riayət etsək, bir o qədər tez bu bəladan qurtula bilərik. Gəlin cəmiyyət  və insanlıq qarşısındakı məsuliyyətimizi dərk edib, tətbiq edilən qaydalara əməl edək. (ölkə.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1967   Tarix: 02 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qadın geyimi geyim necə seçməli geyim və ayaqqabılar sözlü şəkillər toyluq donlar 2026 3 baci dolmasi qadın kostyumları kosmetika novruz bayramına aid tapmaca toy gecesi əqrəb oğlan evine aid hakisda