Koronavirusa yenidən yoluxma riski təsdiqləndi
COVID-19 xəstəliyini keçirmiş insanlar ikinci dəfə virusa yoluxa və daha təhlükəli simptomlarla qarşılaşa bilərlər.
Milli.Az xəbər verir ki, məlumatı Nevada Universiteti və ABŞ-ın digər elmi təşkilatlarının alimləri təsdiqləyib. Bu barədə "The Lancet Infectious Diseases" jurnalında məqalə dərc olunub.
Tədqiqatçılar 48 gün ərzində SARS-CoV-2-nin iki fərqli variantına yoluxmuş 25 yaşlı kişidə yenidən koronavirusa yoluxma halını təsdiq ediblər. İkinci infeksiya birincisindən daha ağır olub və xəstə süni nəfəs cihazına qoşulub. Bundan əlavə, mütəxəssislər Belçika, Niderland, Honkonq və Ekvadorda təkrar infeksiya ilə əlaqəli dörd başqa yoluxma qeydə alıb.
Ekspertlər nevadalı xəstənin ikinci dəfə daha şiddətli virusa məruz qaldığını və bunun daha sərt reaksiyaya səbəb olduğunu düşünür. Digər fərziyyələrə görə, kişi virulent SARS-CoV-2 ştammından əziyyət çəkib və ya bədənin istehsal etdiyi antikorlar təkrar infeksiyanın nəticələrini pisləşdirdiyi zaman infeksiyada antikora bağlı artım meydana gəlib.
Reinfeksiyalar COVID-19 peyvəndinin hazırlanması üçün təhlükə yaradır, lakin bu günə qədər təkrar infeksiyaya yoluxma çox nadir hallarda qeydə alınıb. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Rusiya Puqaçovanı ölkəyə qəbul edəcəkmi?
Murat Övüç azadlığa çıxdı
Oğlum evlənməyə qız tapa bilmir
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
14 il sonra boşandılar
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
Roza "JARA"da səhnə alacaq
Mənə dedi ki, sənə nifrət edirəm