Koronavirusa yoluxan kök model necə sağalmasından danışdı

Koronavirusa yoluxan kök model necə sağalmasından danışdıKök olmasına rəğmən model kimi tanınan Lidiya fon Kister Botkin xəstəxanasında müalicə alan koronaviruslu xəstələrdən olub.
Milli.Az medicina.az-a istinadən bildirir ki, model sağaldıqdan sonra kiçik müsahibəsində virusun əlamətlərindən və nələr yaşadığından danışıb.
"Xəstəlik qrip kimi fevralın 28-i başladı. Bu ana qədər bir ay idi ki, Paris moda həftəsinə hazırlıq məşqləri edirdim.
Elə bil ki, sağaldım və Fransaya qayıtmaq üçün hazırlaşdım. Amma xəstəlik yenidən başladı, gücləndi.
Boğulmaq kimi hiss gəlirdi mənə. Çox qorxulu idi, amma özümə görə qorxmurdum. Öz-özümə dedim ki, panikaya təslim olma.
Təcili yardım gəldi, Botkin xəstəxanasında ilk dəfə koronavirus analizi verdim. Amma cavab mənfi çıxdı. Buna baxmayaraq, Həkimlər virusun orqanizmdə daha bir müddət yaşadığını və əlamətləri də nəzərə alıb, mənə evdə qalmağı tapşırdı. Paris xəyallarım suya düşdü".
3 gün sonra yenidən test alınan qızda korona təsdiqlənir. Lidiya evdə tək, özünü təcrid edib qalırdı. Sonra onu xəstəxanaya götürdülər.
"Həkim və tibb bacıları diqqəti, qayğısı ilə məni sakitləşdirdi. Rentgen birbaşa palataya gətirilirdi. Sağ ağciyər payımda pnevmoniya aşkarlandı. Yaxşı nəfəs ala bilmirdim.
Mənə dedilər ki, koronavirusun 40 növü var. Məndə CL63 idi. Bu növlər arasında fərqi bilmirəm. Amma mən günün 20 saatını öskürürdüm, yata bilmirdim. Qızdırma yox idi. Amma elə bil ki, 40 dərəcə qızdırma imiş kimi halım var idi. Gözlərim yanırdı, boğazım kilidlənmişdi, səsim isə çıxmırdı. 7 gün xəstəxanada qaldım, hələ vəziyyətim tam düzəlməmiş məni evə yazdılar. Dedilər ki, müalicə nəticə verib. Amma düzü evdə də 10 gün yatdım. Ağciyərlərim hələ də ağrıyır. Həkimim dedi bu, hələ 1 ay davam edəcək".
Model hesab edir ki, xəstə həm də yaxşı qidalanmalıdır, o bu müddətdə model sənətini unudub və çox yeyib.
Eləcə də heç bir yaşlı ailə üzvü və qohumu ilə görüşməyib.
O qeyd edib ki, Rusiyada virus belə sürətlə yayılmaz. Çünki Fransa və İtaliyada şəhər siçan, siçovullarla qaynaşır və onlar da virusu yaymaqda rol oynayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1677   Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista