Koronavirusdan əvvəlki həyata dönüş 2021-ci ilə kimi çəkəcək- Avstriyalı alim səbəbi açıqladı
Avstriyanın aparıcı infeksionisti, Vyana Yozef Xəstəxanasının İnfeksiyalar şöbəsinin rəhbəri Xristof Veniş müsahibəsində qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində koronavirus infeksiyasına qarşı ayrı-ayrı dərman preparatlarından istifadə edilir və onların bəziləri böyük ümidlər doğurur.
Alim ümidverici çıxış etməyib. O, yeddi milyard insanın yolunu gözlədiyi peyvənd ciddi elmi araşdırmaların nəticəsi olmalıdır. Həmin peyvəndin dünya bazarına çıxarılması üçün uzun zaman tələb olunur və bu, 2022-2023-cü ildən tez baş verməyə bilər.
Mütəxəssis bildirib ki, həmin vaxta kimi normal gündəlik həyata tam şəkildə geri dönüş mümkün olmaya bilər və hər bir ölkə virusun yenidən geniş yayılmasını önləmək üçün tədbirlər görməyə hazır olmalıdır.
Avstriyada COVİD-19 xəstəliyindən sağalanların sayının çox olmasını müsbət hal kimi dəyərləndirən X.Veniş bu uğurun aldadıcı və arxayınlaşdırıcı tərəfləri barədə xəbərdarlıq edib. O, Avstriyanı və digər ölkələri ehtiyatı əldən verməməyə çağırıb: "Çünki COVİD-19 yalnız peyvənd tapıldıqdan sonra aradan qalxacaq."
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Süni tənəffüs aparatına qoşuldu
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı