Koronavirusdan qorunmaq üçün niyə su içmək lazımdır?

Koronavirusdan qorunmaq üçün niyə su içmək lazımdır?Metabolik proseslərin fəaliyyəti, qida maddələrinin lazımi yerlərə çatması və gündəlik tullantı maddələrinin bədəndən xaric olması üçün su mühüm elementdir.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, məşhur nefroloq Arzu Akgül gündəlik qəbul edilən suyun yağ toxumasının miqdarına və bədən çəkisinə görə dəyişdiyini açıqlayıb:
"İnsanın çəkisi dəyişməyincə mayenin miqdarı dəyişmir. Yeni doğulmuş körpələrdə bu nisbət 78 faizə qədər yüksəlir. Böyrəklərimizin işləməsi üçün kifayət qədər su içmək çox vacibdir. Su sidik, tər və nəcis vasitəsilə toksinlərin çıxarılmasını təmin edir, bədən temperaturuna və qan qatılığına nəzarət edir. Əgər kifayət qədər maye almırıqsa, toksinlər qanın içində toplanır. Nəticədə böyrək daşları və ya böyrək çatışmazlığı yarana bilər".
Nefroloq bildirib ki, su artıq kalorinin yandırılmasında da mühüm yer tutur. 500 ml su içmək 1,5 saat ərzində enerji istehlakını 30 faiz artırır. Tədqiqatlar göstərir ki, su miqren, baş ağrısı və yoğun bağırsaq xərçənginin yaranması riskini azaldır. Bədəndə su az olduqda ürək-damar xəstəliklərinin dərəcəsi artır. Gecə yatmazdan əvvəl bir stəkan su içmək səhər saatlarında ən çox rast gəlinən infarkt riskini də azaldır.
Koronavirusun qarşısının alınmasında təsirli ola biləcək tədbirlərdən biri də immunitetin güclü olmasıdır. Arzu Akgülün sözlərinə görə, immunitetin gücləndirilməsi üçün balanslı və lazımi qidalanmaq lazımdır:
"Bol su toksinləri bədəndən təmizləmək və maddələr mübadiləsini stimullaşdırmaq üçün də vacibdir. Gündəlik kifayət qədər su içmək bədəndən toksinləri çıxarmağa, bakteriya və virusları zərərsizləşdirməyə kömək edir. Su şəxsi gigiyenanın əsas qaynağıdır, amma bəzi səhvləri düzəltməkdə fayda var. Sirkəli və ya həddən artıq isti su ilə qarqara etmək ağzın selikli qişasını pozaraq quruluşuna zərər verə bilər. Odur ki, duzlu və ilıq su ilə qarqara edin. Müntəzəm olaraq su içmək vücudumuzun susuz qalmasına mane olur, immuniteti artırmağa kömək edir və virusları mədəyə ötürmür. Yayda ən azı 2-2,5 litr, qışda isə 1,5 litr maye qəbul edin.
Sidiyin rəngi də orqanizmin su balansı haqqında məlumat verir. Sidiyin miqdarı azaldıqca və rəngi tündləşdikcə su içmək lazımdır. Oyandıqdan sonra 1 stəkan su içməyə çalışın. Xüsusilə məşq edərkən, istidə işləyərkən daha çox maye qəbul edin".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2261   Tarix: 26 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

gelinlikler hamilelikde qidalanma geymler 2026 oxu zalı xina haqqinda melumat göyəm mürəbbəsinin resepti kivi murebbesi kosmetika həmidə gülməli hakıştalar sağlamlığa aid atalar sözləri rus dilini oyrenek 2ci ders nağıllar