Koronavirusdan qorunmaq üçün şəkərli diabet xəstələrinin qidalanma qaydaları

Koronavirusdan qorunmaq üçün şəkərli diabet xəstələrinin qidalanma qaydalarıYeni növ koronavirus (COVID-19) xəstəliyini, adətən, yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslər daha ağır keçirirlər. Şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq virusun təsir etmə mexanizmi insandan-insana dəyişə bilər. Koronavirus yoluxmasının qarşısını almaq üçün belə xəstələrin ilk növbədə tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir.
Qida Təhlükəsizliyi İnstitutundan bildiriblər ki, immun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.
Xatırladaq ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli xəstənin immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, lazımi qədər dincəlmək və normal yuxu rejimidir. Pəhriz həmin xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur. Şəkərli diabet xəstəliyi olanlar qidalanmada bir sıra qaydalara riayət etməlidirlər:
- Şəkər və şəkərli qidalardan uzaq durmaq məsləhətdir.
- Meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük vermək lazımdır.
- Buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər.
- Düyü və düyüdən hazırlanmış yeməklərlə qidalanmaqdan lazımdır.
- Konservləşdirilmiş meyvə və turşuların tərkibində normadan çox miqdarda natriumun olması böyrəkləri həddindən artıq yükləyir. Həmin konservlər qida rasionundan tam çıxarılmalıdır.
- Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.
- Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir.
İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur:
- Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;
- vitamin E ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq;
- Omega - 3 yağ turşuları ilə zəngin qidalar - kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri;
- sinklə zəngin qidalar - hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar;
- gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir.
- qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir.
- selen - tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir.
- süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir.
- çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir.
- flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir.
- göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır.
- bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda, virus mənşəli qriplərə qarşı olduqca vacibdir.
- toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir.
-soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir.
- qəlyanaltı vərdişi - diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1137   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

kosmetika mehsullari geyim necə seçməli yay kolleksiyasi baş ağrısı cins şalvar usaq oyuncaqlari edebi janrlar kosmetika oğlaq birlik haqqinda novruz bayramına aid bakışta veten haqqinda bayati novruz hakistalari