Koronavirusdan sağalan yaşlı insanlar gələcəkdə tez yorula, hətta, hərəkətsiz qala bilər - Araşdırma
Koronavirsdan sağalan hər üç nəfərdən birinin ağciyərində qalıcı zədələr aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Mirror" nəşri yayıb.
Britaniyada koronavirus testi pozitiv çıxıb, sonradan sağalan 300 min pasiyentdən təxminən 100 min nəfərinin ağciyərlərində çapığa bənzər zədələr və ya toxumaların bir hissəsinin məhv olması aşkarlanıb.
Həmçinin bildirilib ki, koronavirus bəzi insanlarda sinir sistemini zədələyib və psixoloji problemlərə də səbəb olub.
Britaniya Milli Səhiyyə Xidmətinin ( NHS ) klinik direktoru Dr Hilary Floyd yaşları 40, 50 və daha çox olub, koronavirusdan sağalan insanların gələcəkdə tez yorulmaq kimi problemlərlə üzləşəcəyini bildirib. Onun dediyinə görə bəzi insanlarda şikəstlik belə yarana bilər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bugünədək 9 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 474 min nəfərinin həyatını xilas etmək mümkün olmayıb.
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
Teylor Sviftin toy tarixi bəlli oldu
Muhteşem Yüzyıl' bu il 800 min lirə qazanacaq
Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir