Koronavirusdan sağalanlar bir müddət avtomobil sürməməlidir
Koronavirusa yoluxan insanlar sağaldıqdan sonra onlarda xəstəliyin təsiri bir müddət qalır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə türkiyəli professor Ankara şəhər xəstəxanasının Təcili Tibbi Klinikasının professoru Hakan Oğuztürk bildirib.
Onun sözlərinə görə, sağalan insanlar hələ bir neçə ay dadbilməni itirir. Bundan başqa, onların əksəriyyətində təngnəfəslik, halsızlıq və yorğunluq müşahidə olunur.
"Ən vacib məqam isə sağalan insanlarda diqqət əksikliyinin qalmasıdır. Ona görə, COVID-19-dan sağalanlar bir müddət maşın sürməməlidir. Belə insanlara həmçinin diqqət tələb edən işlərdə (məsələn, fabriklərdə, zavodlarda) işləməmək tövsiyə olunur", - həkim xəbərdarlıq edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir