Koronavirusdan sağalanları GÖZLƏYƏN TƏHLÜKƏ - Kimlər risk altındadır?
COVID-19 xəstələrinin ən çox qorxduğu vəziyyət ağciyər zədələnməsidir. İnfeksiyadan sağalanlarda fibroz inkişaf edə və diaqnozda "pnevmoskleroz", "pnevmofibroz" da görünə bilər.
Milli.Az xəbər verir ki, pulmonoloqların sözlərinə görə, ümumiyyətlə bunlar sinonim ifadələrdir.
Əslində, birləşdirici toxuma yayılmasından söhbət gedir. Əsas vəzifəsi qaz mübadiləsi olan tam ağciyər hüceyrələrinin yerində "buzlu şüşələr" görünür. Bu səbəbdən də insanın nəfəs alması daha da çətinləşir. Birincisi, fiziki yüklənmə zamanı nəfəs alma pozulur, lakin geniş fibroz varsa, istirahət zamanı da nəfəs almaq ağırlaşır.
Fibrotik dəyişikliklər kim üçün daha risklidir?
Təcrübəli pulmonoloq, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının professoru, Moskva Dövlət Tibb və Diş Universitetinin kafedra müdiri Kirill Zıkov bu cür xəstə qruplar haqqında ətraflı məlumat verib.
Yüksək risk qrupu:
- yaşlı insanlar (65+);
- siqaret çəkənlər - üstəlik, qəlyan sevənlər, elektron siqaret və tütün qızdıran hər hansı cihaz istifadəçiləri üçün risk dəfələrlə artır;
- fibrozun inkişafında genetik meylli insanlar (əgər bu valideynlərdən hər hansında, yaxud nənə və babada varsa);
- Birləşdirici toxuma sistematik iltihabi xəstəlikləri olan xəstələr (sistemik lupus eritematosus, skleroderma, Sjogren xəstəliyi və başqaları).
"Bundan əlavə, fibrozun şiddəti xəstəliyin müddəti (koronavirus infeksiyası) və onun müalicəsindən asılıdır", - professor Zıkov əlavə edib. Onun sözlərinə görə, xəstəliyin gedişatı nə qədər uzun olsa, insanın fibroz dəyişikliklərə məruz qalma ehtimalı o qədər yüksəkdir. (publika.az)
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər