Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHI

Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHIBritaniyanın tanınmış Daily Mail saytında koronavirusun fəsadları haqqında geniş məqalə dərc olunub. Sağlamolun.az sizi bu məqalə ilə tanış edir.
Məqalədə qeyd olunur ki, COVID-19-dan sağalmış insanları gələcəkdə müxtəlif sağlamlıq problemləri gözləyir. Bu problemlər arasında - ciddi nevroloji pozulmalar, xroniki yorğunluq, ürək və ağciyərin fəaliyyətində pozulmalar və hətta insult. Koronavirusu keçirmiş bəzi insanları uzun reabilitasiya dövrü, ağır sağlamlıq problemləri və hətta əlillik gözləyir.
Daily Mail məqalədə 48-yaşlı London sakini haqqında yazır. Koronavirus simptomlarının üzə çıxdıqdan 9 həftə sonra qadında ürək əzələsinin ağır iltihabı aşkar olunub.
Böyük Britaniyanın baş naziri Boris Consonu müalicə edən tanınmış həkim-pulmonoloq professor Nikolas Hart koronavirusu fəsadların ağırlığına görə poliomiyelitlə müqayisə edib. Həkimin sözlərinə görə, koviddən sağalandan aylar və hətta illər sonra insanda çoxsaylı sağlamlıq problemləri üzə çıxa bilər. Bu beyin funksiyalarının pozulması, psixoloji problemlər və s. ola bilər.  
Poliomiyelitlə müqayisə çox ciddi məsələdir. Bu xəstəliyin epidemiyası yalnız Böyük Britaniyada minlərlə insanların ölümünə səbəb olub, on minlərlə insanları isə əlil edib. Poliomiyelit bir çox hallarda baş beyini zədələyir, iflic, əzələ və oynaq problemlərinə səbəb olurdu. Lakin poliomiyelitə qarşı vaksin hazırlanıb və hazırda bu xəstəlik dünyada, demək olar, yox olub.
London Kral kolecinin psixiatriya professoru Karmine Periante da qeyd edib ki, koronavirusu keçirmiş xəstələr gələcəkdə fiziki, koqnitiv və psixoloji yorğunluqla qarşılaşa bilərlər. Alim qeyd edib ki, burada xəstəliyin ağır və ya yüngül keçirilməsi rol oynamır, fəsadlar koronavirusun istənilən gedişatından sonra mümkündür.
Digər tanınmış britaniyalı alim professor Linn Terner-Stoks da bu fikri təsdiq edib. Onun sözlərinə görə,  pandemiyadan sonra bir çox insanlara psixoloji, fizioterapevtik və ürək-ağciyər reabilitasiyası tələb olunacaq.
Daily Mail koviddən sağalmış 49-yaşlı Kristin Kortninin sözlərini təqdim edib. Qadının sözlərinə görə,  koronavirusu yüngül formada keçirib və evdə müalicə alıb, lakin sağaldıqdan 6 həftə sonra da güclü yorğunluq, başgicəllənməsi, təngənəfəslik hiss edir, onda panik ataklar olur.
Britaniyalı professor Azim Mecid də kovidi keçirmiş insanların bir sıra problemlərlə üzləşdiyini proqnozlaşdırır: "Koronavirus keçirmiş insanların ağciyərində olan pozulmalar qriplə müqayisədə daha ciddidir. Bir neçə il sonra bu insanlarda ağciyər funksiyasının azalması müşahidə oluna bilər ".  
Çin və İtaliya alimlərinin müşahidələrinə görə, xəstələrin 1/3 hissəsində koviddən sonra nevroloji simptomlar inkişaf edir: beyin iltihabı, sinirlərin zədələnməsi, nevralgiyalar, başgicəllənməsi, baş ağrıları. Ən ciddi nevroloji risk isə insultdur.
Bütün bunları nəzərə alaraq insanlarımızı koronavirusun profilaktikasına ciddi riayət etməyə çağırırıq. Qaydalar əslində çox sadədir: sosial məsafə saxlamaq, əllərin gigiyenası, maska taxmaq. Koronavirusa yoluxmamaq üçün əlimizdən gələni etməliyik. Bu virus hələ az öyrənilib və gələcəkdə bizə çox ağır "sürpriz"lər edə bilər. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1184   Tarix: 13 fevral 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geymler 2026 geyim seçimi toy makiyajlari evim interyer heyvanlar qara qaragat doğuşdan sonra kosmetika sevda sekis xlor lekesi hakistalar qadin saglamlig