Koronavirusla bağlı 4 mif: Nələri düzgün bilmirik?

Koronavirusla bağlı 4 mif: Nələri düzgün bilmirik?Koronavirusla bağlı insanlar arasında bir çox yanlış bilinən məqamlar var. Bu xəstəlik barədə doğru bilinən bir çox məqamların zaman keçdikcə düzgün olmadığı isbatlanır. Alimlər etiraf edirlər ki, yarım ildən çoxdur bu infeksiya ilə mübarizə aparılsa da, xəstəliklə bağlı hələ də boş məqamlar, virusoloqların cavab verə bilmədiyi suallar var.
Milli.Az e-tibb.az-a istinadən Rusiyadan olan professor, biologiya elmləri doktoru Aleksandr Şestopalovun daha çox populyar olan 4 suala verdiyi cavabı, 4 mif barədə yanaşmasını təqdim edir:
1. Virus necə ötürülür?
İndi virusun iki yoluxma yolu məlumdur - ağız-burun (yəni hava-damcı yolu ilə) və səthlərlə təmas yolu ilə. Ancaq bu sxemə uyğun olmayan nümunələr də var. Xəstələrin bədənində kifayət qədər yüksək miqdarda virus olduğu hallarda ailədə və ya yaxın ətrafda heç kim xəstələnmir. Eyni zamanda, bir insan super yayıcı olmasa da, ətrafda hamı yoluxaraq ağırlaşa, hətta ölə bilər.
2. Virus hansı səthlərdə çox yaşayır?
Bu, alimlərin mübarizə apardığı başqa bir məqamdırr. İndi koronavirusla bağlı hansı səthlərə toxunmağın təhlükəli olduğunu başa düşmək üçün bütün dünyada araşdırmalar aparılır. Alimlərin fikrincə, xarici mühitdə koronaviruslar +33 ° C-də səthlərdə 16 saat ərzində, +56 ° C-də 10 dəqiqədə qalır. Yəni temperatur nə qədər isti olsa, infeksiyadan daha sürətli qurtula bilərsiniz. Ancaq məsələn, ofisdə masanın üstünü antiseptiklə silərək koronavirusdan qorunmaq məntiqldirmi? Bu yolla ən azı orada yığılmış digər bakteriyalardan qurtula bilərik. Bunun koronavirusdan qorunmağa kömək edib-etməyəcəyi sual altınadır.
3. Xəstəlikdən qoruyan gen varmı?
Belə bir elmi həqiqət var: Yüksək əhali sıxlığı çox olan Çində bütün epidemiya dövründə 90 mindən çox insan virusa yoluxub və 20 dəfə az xəstə ölüb. Və artıq bir neçə aydır ki, orada praktiki olaraq heç bir yoluxma hadisəsi olmayıb (məsələn, 11 oktyabrda ölkə daxilində cəmi 34 nəfər yoluxan olubi). Çinli alimlər özləri bu fenomenin nə ilə bağlı olduğunu izah edə bilmirlər. Şübhə edirəm ki, Çində hamı maskada gəzir. Buna görə, xəstəlikdən qorunma insanın geni ilə bağlıdır. Yəni elə genlər var ki, onlar ağır xəstəlikdən qoruya bilir.
4. Nə qədər virus lazımdır ki, insan xəstələnsin?
Alimlər koronavirus simptomlarının kifayət qədər dəqiq görünməsi üçün bir insanın nə qədər virus "almalı" olduğunu hələ dəqiq deyə bilmirlər. Heç kim yüz faiz əminliklə deyə bilməz ki, xəstə bir şəxslə əl sıxan kimi yoluxacaq. Yenə də bu suala cavabı insan genlərində axtarmaq lazım gəlir. Yəni kiminə xəstə bir adamla bir neçə dəqiqə avtobusda yol getməsi kifayətdir ki, yoluxsun. Kimi isə yarım saat ərzində də yoluxmur. Burada məsələ təmasla deyil, insan genetikası ilə bağlıdır. Ancaq yenə də alimlər hesab edir ki, ictimai yerlərdə maska ​​taxmaq virus yükünü əhəmiyyətli dərəcədə azaldır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1658   Tarix: 25 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri qaşların formalari gozel gorunmek asan ariqlamagin yollari muslim somen beautiful sanamalar usaq otagi dizaynlari kosmetika vətən həsrəti novruz hakıştası ikizler vətən haqqında atalar sözləri ana haqqinda bayati