Koronavirusla bağlı ŞOK AÇIQLAMA - Məşhur professor inanılmaz detalları ÜZƏ ÇIXARDI

Koronavirusla bağlı ŞOK AÇIQLAMA - Məşhur professor inanılmaz detalları ÜZƏ ÇIXARDIKoronavirus epidemiyası dünyanı narahat etməyə davam etdiyi vaxtda məşhur professor Canan Karatay xəstəliklə bağlı mühüm açıqlama verib. O, bildirib ki, təşvişə düşməyə ehtiyac yoxdur, immun sistemini gücləndirmək kifayətdir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Canan Karatay dekabr ayında ortaya çıxan və 2 mindən çox insanın ölümünə səbəb olan yeni tip koronavirus haqqında önəmli açıqlamalar verib. CNN TÜRK ekranlarında yayımlanan CNN TÜRK Masası proqramına qonaq olan professor açıqlamasında koronavirusun yeni bir şey olmadığını, illərdir onunla birlikdə yaşadığımızı söyləyib.
Həyatını itirənlərin əksəriyyətinin 80 yaşdan yuxarı olduğunu söyləyən Karatay "Bu, dünyanı qorxudacaq bir hadisə deyil" deyib.
Koronavirusla bağlı ŞOK AÇIQLAMA - Məşhur professor inanılmaz detalları ÜZƏ ÇIXARDI"Hələ də xaş tövsiyə edirəm. Əsrlər boyu tətbiq olunanları deyirəm. Təşvişə düşməyə gərək yoxdur. İllərdir viruslarla birlikdə yaşayırıq. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hər ay hesabat yayır. Mərkəzlərin qış ayları üzrə yaydığı hesabata görə, fevral ayına qədər Amerikada 15 milyon insan qripə yoluxub. Onlardan 140 mini xəstəxanaya yerləşdirilib, 8 min 200 nəfər isə 18 yanvar tarixinə qədər ölüb. Niyə bunlar deyilmir, amma koronavirus deyilir? Dünyada hər il çox sayda insan ölür. Çində ölənlərin çoxunun yaşı 80-dən yuxarıdır. Onların ürək, böyrək çatışmazlığı, şəkər və s. bu kimi bir çox xəstəlikləri olur. Koronavirus dünyanı qorxudacaq daşıyıcı deyil. Onsuz da bədənimizdə virus var. Aparılan araşdırmalar da göstərir ki, bədənimizdə yaşayan mikrobiomaların sayı hüceyrələrin sayından daha çoxdur. Məsələ budur. Qrip orqanizmi zəif olanlara təsir edir, immun sistemi güclü olanlar isə ölmür.
Qorunma mövzusunda bir çox məsələ var. Onlardan biri xaşdır. İllərdir söylədiyimiz kimi, immun sistemi gücləndirilməlidir. İmmunitet gücləndikdə virusları çox yaxşı aradan qaldıra bilərik. Həyat tərzi çox vacibdir. Qış aylarında küçədə gəzmək lazımdır, soyuqdan qorxmayın. Soyuq aylarda evlərin havasını tez-tez dəyişin. Yadda saxlayın ki, qışda isti mühit daha təhlükəlidir. Odur ki, evə qapanıb oturmamalıyıq. Araşdırmalarda məlum olub ki, evdəki toksinlər və kimyəvi maddələr çirkli havada olan toksinlərdən 10 qat daha zərərlidir, xüsusilə uşaqlar və xəstələr üçün.
Daş duzdan istifadəni və bol su içməyi tövsiyə edirəm. Çünki daş duzda balanslaşdırılmış 84 mineral var. İkincisi, bədən necə güclənəcək? Bağırsaqlarda olan faydalı bakteriyaların sayı və gücünün artırılması lazımdır. Kələm, turp, kərəviz, sarımsaq, soğan, çuğundur kimi təbiətin bizə bəxş etdiyi tərəvəzlərə üstünlük verin. Onların hamısı torpağın içərisindədir. Təbiət artıq bizə yol göstərir, deyir qışda yeyin. Gələn il hansı viruslarla qarşılaşacağımızı bilmirik. Qrip hər zaman forma dəyişdirir", - deyə məşhur professor bildirib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2276   Tarix: 27 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

hamiləlik gelinlikler toy makiyajlari uzun saclarin yigilmasi tutma reseptleri morugun faydalari qadinda cinsi isteksizlik kosmetika rus dilini oyrenek 2ci ders səməd vurğun mikayıl abdullayev geyim atalar sözləri